Tahir Budaqov: Yeni Azərbaycan
Partiyası və “Nur Otan”
Partiyası arasında səmərəli və
qarşılıqlı əlaqələr yaradılıb
Müstəqillik bütün xalqların əsas sərvətidir. Qazaxıstan 30 il ərzində sosial, iqtisadi və siyasi sistemdə islahatların aparılması baxımından böyük üstünlüklər əldə etmişdir. Qazaxıstan bu gün siyasi platformalarda iştirak edir və dövlətlərarası münasibətləri fəal şəkildə təşviq edir.
Bu
sözləri Yeni Azərbaycan Partiyası Sədrinin
müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
AZƏRTAC-a və Qazaxıstanın “Astana” telekanalına
müsahibəsində deyib.
Bugünkü
forumun ölkələr arasında siyasi və
partiyalararası əlaqələrin yaxşılaşması
ilə əlamətdar olduğunu bildirən T.Budaqov tədbirdə
müasir tələblər və tendensiyalar nəzərə
alınmaqla partiya islahatlarının müzakirə edildiyini
bildirib.
Azərbaycan
ilə Qazaxıstan arasında dostluq, qardaşlıq və
qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinə toxunan T.Budaqov qeyd edib ki, prezidentlər
İlham Əliyevin və Qasım-Jomart Tokayevin şəxsi
dostluq əlaqələri, məqsədyönlü siyasəti
ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq
münasibətlərinin uğurlu inkişafını təmin
edən aparıcı amillərdir.
“Ümummilli
lider Heydər Əliyev və elbası Nursultan Nazarbayev Azərbaycan-Qazaxıstan
münasibətlərində etimadın yaranmasına və
inkişafına, hakim Yeni Azərbaycan Partiyası və “Nur
Otan” Partiyası arasında səmərəli və
qarşılıqlı faydalı əlaqələrin
yaradılmasına böyük töhfələr veriblər”,
- deyən T.Budaqov iki hakim partiyanın gənclər təşkilatları
arasında yeni yaradılmış əməkdaşlığın,
nəzərdə tutulan qarşılıqlı səfərlərin
və birgə layihələrin həyata keçirildiyini
vurğulayaraq bundan sonra da əlaqələrimizin
inkişafına və dinamikasına mühüm töhfə
verəcəyini qeyd edib.
Azərbaycan.-2021.- 1 dekabr.- S.5.