Qürur duyuram ki...
Vətənə gərək oğullar
Vətən - Ana qədər əziz, candan
da şirindir. Canını Vətən uğrunda qıyan övladlar birdimi, mindimi?! Sevinirəm ki,
mən də o minlərdən biriyəm.
Uşaqlıqdan Vətən sevgisi qəlblərində boy atanlarımızın
bir nisgili vardı - Qarabağı düşməndən azad
etmək. Ermənilər xalqımızın
minillik tarixə malik ulu yurd
yerlərini işğal
edəndə düşünməmişdilər
ki, onlar burada kök atıb, qollu-budaqlı ola bilməyəcəklər?!
Çünki Qarabağ tarixi
Azərbaycan ərazisidir,
Vətən övladları
işğalla barışmayacaqlar.
Xəyallarımda Qarabağı bəlkə
də teleekranlarda gördüyüm dünyanın
əlçatmaz, qeyri-adiliklərlə
məşhur olan gözəlliklər diyarı
ilə müqayisə
edirdim. Amma gözlərimlə görmədiyim, torpağına
ayaq basa bilmədiyim üçün
xəyallarım nağıllardakı
kimi ağ-qara rəngli olardı. Sən demə, heç də elə deyilmiş.
Getdim və gözlərimlə gördüm
ki, cənnət-məkandır
Qarabağ! Bu gözəl diyar öz sahiblərini gözləyirdi.
18 sentyabr
1999-cu ildə Göygöl
rayonunun Pənahlılar
kəndində anadan olmusam. Orta məktəbi
bitirdikdən sonra uşaqlıqdan musiqiyə
olan həvəsimin arxasınca getmişəm:
2015-ci ildə Gəncə
Musiqi Kollecinə daxil olub, təhsilimi
başa vurmuşam. Qarşıda bir borcum vardı: Vətənə xidmət
göstərmək. 2019-cu il iyulun 4-də “N” saylı hərbi hissədə xidmətə
başladım. Zenit Raket
Diviziyasında xidmət
edirdim.
Torpaqlarımızda talançılıq
edən düşmənə
layiqli cavab vermək üçün fürsət
və əmr gözləyənlərdən biri
də mən idim. Nəhayət, vaxt, zaman yetişdi və biz həmin əmri aldıq. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak
etdim.
Döyüş günlərində
yaddaqalan, unudulması
mümkün olmayan hadisələr az
olmadı. Bir faktı xüsusi
qeyd edim. 2020-ci il oktyabrın
29-da Qubadlının Xəndək
kəndi ətrafında
gedən şiddətli
döyüşlər zamanı
ermənilərə məxsus
raketi götürərək,
“SU-25” tipli döyüş
təyyarəsini məhv
etdik. Bu, düşmənin
öz silahı ilə özünə ağır zərbə demək idi.
Mən hələ düşmənin
neçə-neçə ağır
artilleriya silahını,
hərbi texnikasını,
tank və BTR, BMP, qrad
qurğularını işlək
vəziyyətdə qənimət
kimi ələ keçirdiyimizi demirəm. Bunlardan bir
qismi Bakıdakı Hərbi Qənimətlər
Parkında nümayiş
etdirilir.
Nəhayət, Zəfər
çaldıq! Bu Qələbənin
müəllifi Silahlı
Qüvvələrin Müzəffər
Ali Baş Komandanı
İlham Əliyevdir! Məhz Azərbaycan Prezidentinin qətiyyətli
iradəsi, xalq-hakimiyyət-ordu
birliyinin yaratdığı
“Dəmir yumruğ”un düşmənin başına enməsi ilə tarixi ərazilərimizi bərpa
etdik.
Xidməti vəzifəmdən
2021-ci il 2 iyul tarixində təxris olunmuşam. İkinci Qarabağ savaşındakı
döyüş yoluma
görə “Vətən
uğrunda” medalı ilə təltif edilmişəm. Bununla qürur
duyuram, axı bu Zəfərin əldə edilməsində
mənim də xidmətim olub.
Elvin HÜSEYNZADƏ,
Vətən müharibəsinin qazisi
Azərbaycan.- 2021.- 5 dekabr.- S.5.