Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti Əlahəzrət
Şeyx Xəlifə bin
Zayed Al Nəhyana
Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü İslam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
bayram günündə Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, Birləşmiş Ərəb
Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2021-ci il
Azərbaycan.-2021.- 3 dekabr.- S.1.