Azərbaycanın müdafiə naziri
Pakistan tərəfinə
başsağlığı verib
Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan
İslam Respublikasının federal müdafiə naziri Pervez
Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin
sədri general Nadim Razaya və Quru Qoşunları komandanı
general Qamar Caved Bacvaya başsağlığı
ünvanlayıb.
Bu barədə AZƏRTAC-a
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət
eləsin”.
Azərbaycan.-
2021.- 7 dekabr.- S.5.