Ege Universitetinin professorları ADAU-da seminar keçirlər

 

ADAU aqrar sahədə fəaliyyət göstərən assosiasiyalarla əməkdaşlıq memorandumu da imzalayıb

 

Məlum olduğu kimi, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Həmin müqaviləyə əsasən, beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə fakültələrdə seminar keçməyə başlamışlar.

Növbəti seminar Ege Universitetinin professoru İsmayıl Türkan tərəfindənBitki biyolojisinde gelişmelermövzusunda olmuşdur. Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, Aqronomluq, eləcə Torpaqşünaslıq aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr magistr tələbələri iştirak etmişlər.

Seminarın sonunda türkiyəli alim iştirakçıları maraqlandıran suallara cavab vermişdir.

ADAU-da həmçinin heyvandarlıq sahəsində fəaliyyət göstərən assosiasiyalarla qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə dair görüş keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi və s. haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə fəaliyyət göstərən assosiasiyaların yaradılmasına, onların fəaliyyətlərinin əlaqələndirilməsinə KTN tərəfindən lazımi dəstəyin göstərildiyini qeyd ediblər. Bildirilib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 34 aqrar yönümlü assosiasiya qeydiyyatdan keçibuğurla fəaliyyətlərini davam etdirirlər.

Digər çıxış edənlər də tədbir iştirakçılarını assosiasiyaların fəaliyyəti və aqrar sektorun inkişafında rolu barədə ətraflı məlumatlandırıblar.

Sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə qeyd olunan assosiasiyalar arasında qarşılıqlı əməkdaşlığa dair əməkdaşlıq memorandumu imzalanıb. Tədbirin yekunununda tələbələrlə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

 

Azərbaycan.- 2021.-7 dekabr.- S.7.