Bakıda “Mədəniyyət naminə sülhqlobal kampaniyasının Tərəfdaşlar Forumu başa çatıb

 

 

Dekabrın 2-də ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülhqlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) öz işini panel iclaslarda davam etdirib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun və “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkinin moderatorluğu ilə “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda keçirilən üçüncü plenar sessiyada Sülh Məkanlarının Avropa Şəbəkəsinin Prezidenti Eduardo Basso, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Sultanbay Raev, BMT-nin Sülh Universitetində Beynəlxalq Hüquq Departamentinin direktoru Mihir Kanade, Asiya Əməkdaşlıq Dialoqunun baş katibi Pornçai Danvivatana iştirak ediblər.

Forumun üçüncü panelini açan Abe Radkin sessiya iştirakçılarını salamlayaraq tədbirin məhsuldar olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın Qələbəsi regionda siyasətə yeni dinamizm qatıb. Bu səbəbdən sülhə çağırış olan “Mədəniyyət naminə sülh” layihəsi alqışlanası təşəbbüsdür. Həm otuz ilə yaxın davam etmiş işğalın, həm də müharibənin ağır nəticələrinə baxmayaraq Azərbaycan bu günsülh çağırışlarına sadiqdirbu məqsədlə Ermənistana “əl uzadır”.

Sülh Məkanlarının Avropa Şəbəkəsinin prezidenti Eduardo Basso Avropada çoxtərəfli tərəfdaşlıq nümunələrindən bəhs edibbildirib ki, tərəfdaşlıq prosesi bir-birinə qarşı duran alyanslara mənsub olmuş keçmiş düşmənlər və ya aralarında uzun müddət ərzində regional, ərazi, siyasi, etnoslararası və ya dini mübahisələrin olduğu ölkələr arasında dialoqun və anlaşmanın bərqərar olmasını nəzərdə tutur. E.Basso təqdim olunan qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

Panel iclasda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev mərkəzin fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Bildirib ki, regiondadünyada baş verən siyasi prosesləri təhlil edən mərkəz Azərbaycanın tarixi torpaqlarında və Qarabağda Azərbaycan xalqına məxsus, Ermənistan tərəfindən məhv edilən, yaxud mənimsənilən maddi-mədəni irsin araşdırılmasını həyata keçirib.

Diqqətə çatdırılıb ki, hazırda Ermənistan Respublikasının ərazisi hesab edilən Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus yüzlərlə tarixi mədəni abidə məhv edilib. İrəvandakı yalnız bir məscid restovrasiya edilsə də əslində Azərbaycan xalqına mənsubluğu inkar edilərək başqa xalqa aid müsəlman abidəsi kimi təqdim edilir.

İşğal dövründə Ermənistanın məqsədli şəkildə Qarabağda da həyata keçirdiyi ekosiddən danışan Fərid Şəfiyev bildirib ki, bu müddətdə Azərbaycanın müsəlman irsinə məxsus maddi mədəniyyət nümunələri məhv edilib, xristian irsinə aid abidələrin isə erməniləşdirilməsi üçün məqsədli fəaliyyət həyata keçirilib. İşğal dövründə erməni tarixçiləri və arxeoloqları saxtakarlığa yol verərək qədim şəhərlərimizin adını dəyişməyə, məsələn, Ağdamı dünyaya Tiqranakert kimi təqdim etməyə çalışmışlar. Halbuki Tiqranın mənşə etibarilə erməni olmadığı kimi, qədim Tiqranaker şəhərinin də Azərbaycandan çox uzaqda olmasını tarixçilər yaxşı bilirlər.

İşğal dövründə Ermənistan yalnız Azərbaycanın tarixi abidələrini deyil, həm də muzeylərimizdən talan etdiyi maddi-mədəni sərvətləri – Qarabağ xalçalarını dünyaya erməni mədəni nümunələri kimi təqdim etmişdir. Mədəni irs nümunələrinin dağıdılmasını, talan edilməsini beynəlxalq hüquqa zidd olduğunu deyən Fərid Şəfiyev diqqətə çatdırıb ki, fevral ayında İrəvanda Azərbaycan xalçalarının erməni nümunələri kimi sərgilənməsi beynəlxalq hüquqa hörmətsizlikdir.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sultanbay Raev Qarabağ Zəfərini bütün türk xalqlarının qələbəsi kimi dəyərləndirərək deyib: “Prezident İlham Əliyev Türk dünyasının beynəlxalq aləmdə tanınmış siyasətçisi kimi qəbul edilir. Onun türk dünyasını yaxınlaşdırmaq yolunda atdığı addımlar təqdirəlayiqdir. Günümüzün ən aktual məsələsi, təbii ki, sülhdür. İşğal və təcavüzlərə qarşı bütün bəşəriyyət birlikdə mücadilə aparmalıdır. Sülh şəraitində yaşamaq bütün insanlığın haqqıdır”.

BMT-nin Sülh Universitetində Beynəlxalq hüquq departamentinin direktoru Mihir Kanade uzun illər Azərbaycanın Qarabağ bölgəsindən olan qaçqınlarla görüşdüyünü deyib. O, dayanıqlı sülh üçün mədəniyyət amilinin mühüm olduğunu vurğulayıb.

Asiya Əməkdaşlıq Dialoqunun Baş katibi Pornçai Danvivatana qeyd edib ki, sülh özü dayanıqlı inkişafın komponentidir. Xalq diplomatiyası sülhün bərqərar olmasında vacib amildir. Turizm, mətbəx, kino rentabelli şəkildə sülhü bərqərar etməlidir.

Son panel iclasda çıxış edən mədəniyyət naziri Anar Kərimov forum iştirakçılarına təşəkkürünü bildirib. Nazir deyib ki, bir sıra beynəlxalq təşkilatın dəstəklədiyi “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı təqdimatda 20-dən çox məruzə dinlənilib.

ForumdaBiz sülhü təşviq etmək üçün nələr etməliyik” sualına cavab aldıq. Bizim ümumi rifahımız sülhdən keçir. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan sülh naminə mədəniyyət prosesini özü beynəlxalq təşəbbüs olaraq təbliğ edir. Bizim bu yeni konsepsiyamız beynəlxalq aləmdə tanınıb daha da geniş dəstək alacaq. Sonda bir daha bütün iştirakçılara təşəkkür edirəm və əminliyimi bildirirəm ki, bu, hələ yolun başlanğıcıdır və konkret nəticələrə rəvac verəcək. Gələn il Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və ümid edirəm ki, bu proses artıq gələcək fəaliyyətlər üçün bir zəmin yaradır”, – deyə Anar Kərimov qeyd etdi.

Bununla da “Mədəniyyət naminə sülhqlobal kampaniyasının Tərəfdaşlar Forumu öz işinə yekun vurdu. Bu beynəlxalq tədbir də bir daha Azərbaycanın bütün bəşəriyyət üçün xoş niyyətini, sülh və əmin-amanlıq istəyini nümayiş etdirdi.

 

 

Azərbaycan.-2021.- 3 dekabr.- S.3.