Azad olunan ərazilərdə aşkarlanan mədəniyyət abidələrinin
sayı açıqlanıb
Ötən ilin oktyabrında Prezident İlham Əliyevin təsis etdiyi monitorinq qruplarında Mədəniyyət Nazirliyinin əməkdaşları da təmsil olunurlar. Monitorinqlər nəticəsində işğaldan azad edilən ərazilərdə tarix mədəniyyət abidələrimiz, eləcə də mədəniyyət müəssisələrimiz aşkar edilir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib
ki, təxminən 400-ə yaxın mədəniyyət
abidəsi, 160-a yaxın yeni tarixi mədəniyyət abidəsi aşkar edilib. Eyni zamanda, 800-dən çox mədəniyyət müəssisəsinin
yerləri müəyyənləşdirilib: “Təəssüflər
olsun ki, tarix-mədəniyyət
abidələri və müəssisələrinin 90-95 faizinin vəziyyəti acınacaqlıdır,
demək olar ki, tamamilə
dağıdılıb. Bu da
bizim üzərimizə böyük
öhdəlik qoyur ki,
bunların hamısını yenidən bərpa edək. Monitorinqin nəticələrinin təhlili bitəndən
sonra beynəlxalq təşkilatlara
müraciət edəcəyik. Məqsədimiz Ermənistanın
bu vəhşiliklərə və qəsdən
Azərbaycanın mədəni-tarixi abidələrini
dağıtmasına görə məsuliyyətə cəlb
edilməsinə nail olmaqdır”.
Azərbaycan.- 2021.-7 dekabr.- S.11.