Tərəfdaşlar Forumu plenar iclasla
işini davam etdirib
Növbəti
plenar iclas “Sülhsevər cəmiyyətləri və beynəlxalq
sülh sistemini dayanıqlı şəkildə necə
gücləndirə bilərik?” mövzusuna həsr olunub
“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) çərçivəsində növbəti plenar iclas “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, panel iclası “Sülh əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan-Kristof Basın moderatorluğu ilə keçib. J.Bas sülh cəmiyyəti üçün vacib konsepsiyaların bu plenarda müzakirə edildiyinə diqqət çəkərək müzakirələrin yaşadığımız keşməkeşli dünyada vacibliyini vurğulayıb: “Dünyada baş verən qarışıq hadisələr bizi forumda səslənən müzakirələrə yaxından iştiraka sövq edir. Beynəlxalq səviyyədə artıq risklər var. İkiqütblü dünyaya yenidən qərqolma təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmırıq. Bu problem ona görə bu gün də aktualdır. Bu gün dünya kifayət qədər qütbləşib”.
Azərbaycanın xarici
işlər nazirinin müavini
Elnur Məmmədov çıxış
edərək mövzu ilə bağlı
fikirlərini bölüşüb. O, xarici işlər naziri Ceyhun Bayramovun adından
qonaqları salamlayaraq deyib:
“Dayanıqlı sülh necə
formalaşır? Əfsuslar olsun ki, Ermənistanla son 30 ildə
aparılan danışıqlar özünü
doğrultmayıb. Digər tərəflə
qarşılıqlı ünsiyyət çox
önəmlidir. Ölkəmizdə yüzilliklərdir sülh və əmin-amanlıq şəraitində
yaşayan milli
azlıqlar var. 2008-ci ildən Prezident İlham Əliyev
təşəbbüsü ilə “Bakı Prosesi”nə
başlanılmışdı. İllər boyunca
bu əsas platforma kimi müxtəliflik və tolerantlıq,
fərqli inanclar təbliğ olunur. 2017-ci ildə BMT-nin
baş katibi
"Bakı Prosesi"ni
dünyada bu məqsədlə
yaradılmış əsas platforma kimi dəyərləndirib. Son
13 il ərzində “Bakı Prosesi” çərçivəsində 300-ə
yaxın tədbir keçirilib. Bununla bərabər, hər iki
ildən bir Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə Qlobal Bakı Forumu
da təşkil edilir.
Bu il ölkəmizdə
dahi Azərbaycan şairi
Nizami Gəncəvinin 880 illiyi
qeyd olunur. Nizaminin əsərlərində sülh və tolerantlıq kimi
ideyalar tərənnüm olunur.
Budur bizi həvəsləndirən.
Biz burada Azərbaycan olaraq özümüzü
güclü, qüdrətli görürük. Bu
ideyaları daima səsləndiririk. Sülh özü ilkin şərtdir. Bütün
mədəniyyətlərin irəli getməsi üçün
əsas şərtdir. Bu, imtiyaz
deyil, hüquqdur,
haqdır”, - deyə nazir müavini
deyib.
Panel iclasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq Nazirliyinin baş direktoru Elfa Məhəmməd Əl-Sabiri bildirib ki, dinlərarası dialoq bütün dünyada cəmiyyətləri bir araya gətirir: “BƏƏ bütün dinlərə və mədəniyyətlərə qapı açır. Biz mədəni müxtəlifliyə töhfə verən ölkə olaraq bir-birimizin təcrübəsindən yararlanaraq bütün dünyaya öz ideyalarımızı bəyan etməliyik. Mütərəqqi dəyərlər paylaşılmalıdır. Bütün insanlarda xoş gələcəyə inam yaratmalıyıq. Tolerantlığı başqa ölkələrə də təşviq etməliyik. Yekunda qeyd edim ki, tolerantlıq və sülh naminə güclərimizi birləşdirməliyik”.
İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa qeyd edib ki, bu gün dünyamız böyük aşınmalar yaşayır. “Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat və dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Mədəniyyət sivilizasiyası daha toplumsal bir anlamdır. Sülhün gerçəkləməsi üçün bir barış mədəniyyəti lazımdır. Bunun üçün dini, əxlaqi və insani dəyərlərimiz yetər. Sivilizasiya sözü İslamda X ərdə, Qərbdə isə XVII- XVIII əsrdə işlənilir”, - deyə B.Karlığa söyləyib.
“Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” təşkilatının baş icraçı direktoru Xavier Nunez Gonzalez forumu zamanında keçirilən layihə adlandırıb və hədəfə çatacağına əminliyini ifadə edib. Azərbaycan öz tarixi və mədəni irsini qorumaqla BMT xartiyasına əməl edir. İcraçı direktor forumun qarşıya qoyduğu ideyaları dəstəklədiyini və onun işinə uğurlar arzulayıb.
Ümumdünya Kilsələr Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının direktoru Piter Prov qeyd edib ki, dinlərin rolu bəzən çox mühümdür. Birgəyaşayışda dinlərarası, əməkdaşlıq önəmli məsələdir. Azərbaycan bu işdə nümunədir. Ölkələrdə gənclərdə sabaha inamı sülh və təhsil yaradır. Təhsil çox önəmli bir amildir. O, konkret olaraq gələcəyin qarantıdır. Sülhə çağırış, dini mənsubiyyətdən asılı olmayaraq bərabər olmalıdır. Biz insanların səsini beynəlxalq cəmiyyətə çatdırmalıyıq. Mədəni müxtəliflik bizə bəxş edilən qiymətsiz hədiyyədir və biz bunu dəyərləndirib təşəbbüsləri dəstəkləməliyik.
Koventri Universitetinin professoru Mayk Hardi videomüraciətlə forumla bağlı düşüncələrini bölüşərək bildirib ki, biz sülh cəmiyyətinin dayanıqlı olaraq inkişafından danışırıqsa, onu təmin etməyin yollarını, təşəbbüsləri də dəstəkləməliyik.
Məruzələrdən sonra
plenar iştirakçılarının
sualları cavablandırılıb.
Azərbaycan.-2021.- 3 dekabr.- S.3.