ATƏT PA-nın Stokholmda keçirilən büro
iclasında Azərbaycandan Türkiyəyə dəstək
ATƏT
Parlament Assambleyasının Stokholmda keçirilən büro
iclasında Azərbaycan Respublikası Milli Məclisinin
deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev
Türkiyə əleyhinə səsləndirilən
çağırışlara qarşı
çıxış edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 1-də İsveçin paytaxtı Stokholm şəhərində ATƏT PA-nın büro iclasında Kiprdən olan vitse-prezident İrene Çaralambides çıxışında Avropada cərəyan edən miqrant probleminə toxunub. Kiprin nümayəndəsi ölkəsinin və Yunanıstanın miqrant böhranının birbaşa təsiri altında olduğunu və problemin həlli üçün böyük vəsaitlərin sərf edildiyini bildirib. Çıxışının davamında o, miqrant probleminin daha səmərəli həlli üçün Türkiyəyə verilən milyardlarla avro maddi yardımın əvəzinə bu vəsaitin digər ölkələrə verilməsinə çağırış edib.
Buna cavab olaraq ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev söz alıb, Kipr nümayəndəsinin qaldırdığı məsələyə etirazını bildirib. A.Quliyev deyib ki, ölkələr arasında belə bir ayrı-seçkilik yolverilməzdir, Türkiyəyə qarşı bu cür seleketiv və ikili yanaşma tamamilə əsassızdır. Azay Quliyev diqqətə çatdırıb ki, 4,5 milyon qaçqının sığındığı Türkiyəyə qarşı ədalətsiz yanaşmaya yol verilməməlidir. Türkiyə son 10 ildə qaçqınların problemlərinin həlli üçün 40 milyard dollardan çox vəsait xərcləyib və bunu gözardı etmək olmaz.
Azay Quliyev
sonda ATƏT və Aİ ölkələrini
bu əhəmiyyətli məsələdə
Türkiyəni maddi baxımdan dəstəkləməyə
və Türkiyənin üzərində olan
bu ağır yükü
bölüşməyə çağırıb.
Azərbaycan.-2021.- 3 dekabr.- S.4.