Tahir Budaqov: “YAP ilə
AK Parti arasında münasibətlər yeni müstəviyə qədəm qoyub”
Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında münasibətlər bu ildən başlayaraq yeni müstəviyə qədəm qoyub. İyun ayında Partiyamızın mənim rəhbərlik etdiyim nümayəndə heyəti Ankaraya səfər edib və o zaman ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu memorandum çərçivəsində iki ölkə rəhbərlərinin bir-birinə olan qardaşlıq, dostluq münasibətlərindən bəhrələnərək, onların bu münasibətini bir örnək kimi qəbul edərək iki qardaş ölkənin iqtidar partiyaları arasındakı əlaqələrin keyfiyyətcə yeni müstəviyə qaldırılması bir məqsəd kimi qarşıya qoyulub.
Bu fikirləri Türkiyəyə səfəri zamanı AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ifadə edib.
Ötən qısa dövr ərzində qarşılıqlı əməkdaşlıq
istiqamətdə bir çox
işlərin görüldüyünü
bildirən YAP sədrinin müavini deyib: “Bizim səfərimizdən
sonra AK Parti Sədrinin
birinci müavini Numan Kurtulmuşun rəhbərlik
etdiyi böyük bir nümayəndə heyətinin Bakıya səfəri
oldu və heyət Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən qəbul edildi. Həmin
səfər çərçivəsində də Gəncə
şəhərində çox önəmli
konfransımız baş tutdu.
Bundan əlavə,
YAP ilə AK Parti arasında münasibətlərin
daha da inkişaf
etdirilməsi, partiyaların təcrübələrindən
qarşılıqlı faydalanma, bəhrələnmə
məsələləri ilə bağlı onlayn
formatda bir sıra
görüşlərimiz, konfranslarımız təşkil edilib. Eyni zamanda, hər iki
partiyanın gənclər qolları arasında da çox sıx təmaslar
qurulub. Fikrimcə, onların da bu formatda
əməkdaşlığı bizim partiyalar arasındakı münasibətlərə
yeni bir dinamika gətirib. Hazırda bizim
Türkiyə səfərimiz çərçivəsində
AK Partidə keçirilən görüş
də bu istiqamətdə işlərin davam etdirilməsi, növbəti perspektiv planlarımızın müzakirəsinə
həsr olunub. Eyni zamanda,
biz birgə mətbuat konfransı
keçirərək həm Türkiyə, həm də Azərbaycan
ictimaiyyətinə imzalanan
razılaşma protokollarının icrası ilə
bağlı qısa hesabat, eləcə də
gələcək əməkdaşlığımızın
istiqamətləri barədə açıqlamalar verdik”
Azərbaycan.-
2021.- 8 dekabr.- S.4.