Kremerata Baltikakamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edib

 

Heydər Əliyev MərkəzindəQremmimükafatı laureatıKremerata Baltikakamera orkestrinin konserti olub.

AZƏRTAC xəbər verir ki, klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Nino Rota, Frederik Şopen, Feliks Mendelsonun əsərləri səsləndirilib.

Konsertdə solistlər - beynəlxalq müsabiqələr laureatı Georgiy Osokin (fortepiano), Əməkdar artist Elvin Hoca Qəniyev (skripka) çıxış ediblər.

Həzin musiqi, simli alətlərin harmonik ifası, akustika gecəyə xüsusi ab-hava qatıb.

Nizami Gəncəvi iliçərçivəsində keçirilən konsert proqramında həmçinin Fikrət ƏmirovunNizamisimfoniyası da yer alıb. Sonda səsləndirilən Fikrət ƏmirovunNizamisimfoniyası tamaşaçılarda fəxarət hissi doğurub. Qeyd edək ki, Fikrət Əmirov Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniyanı şairin anadan olmasının 800 illiyi münasibətilə yazıb. Bəstəkar simfoniya üzərində dəfələrlə işləyib. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılıb. Bəstəkar şairin obrazına ehtiramla yanaşıb ona xüsusi münasibət bəsləyib ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət romantik ruh verib. Eyni zamanda simfoniya özünün fəlsəfi mənası lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Buna görə musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Elə bu səbəblərdən simfoniya hər dəfə səslənəndə dinləyici qəlbini riqqətə gətirir.

Xatırladaq ki, dünyada məşhur olan skripka ifaçısı Gidon Kremer 1997-ci ildə yaratdığıKremerata Baltikakamera orkestrinə Latviya, Litva Estoniyadan olan 23 istedadlı gənc musiqiçini cəlb etmişdir. Kremerata Baltika” ilk dəfə 1997-ci ildə Avstriyada keçirilənLokenhausfestivalındakı çıxışı ilə yadda qalıb. Tamaşaçıların rəğbətini qazanan musiqi kollektivi dünyada fərqli ifaları ilə seçilir. Bu gün Avropanın tanınmış orkestrlərindən olanKremerata Baltikadünyanın 50-dən çox ölkəsində, 600 şəhərində mindən çox konsert proqramı ilə çıxış edib.

 

Azərbaycan.-2021.- 3 dekabr.- S.7.