Heydər Əliyev Fondu Bakıdakı katolik
kilsəsində bərpa işlərini başa
çatdırıb
Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb.
AZƏRTAC Fondun “Feysbuk” səhifəsinə istinadla xəbər verir ki, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir edilib.
Qeyd edək ki,
kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə
gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də
dağıdılmışdı. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra Ümummilli
Lider Heydər Əliyevin göstərişi
ilə dini məbədə ehtiyac duyan katoliklər üçün Bakıda yeni
kilsənin inşa
edilməsi məqsədilə ərazi
ayrılmışdı. Müqəddəs Məryəm katolik kilsəsi 2008-ci ilin
mart ayından istifadəyə verilib.
Heydər
Əliyev Fondu və Roma Katolik dini icması arasındakı əməkdaşlıqdan
irəli gələrək fond tərəfindən 2008-ci ilin
sentyabrında katolik kilsəsinin asma tavan şüşələri
dini mövzuda və klassik vitraj texnikasında işlənmiş
bədii şüşələrlə əvəz edilib, eyni
zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdi.
Xatırladaq
ki, Heydər Əliyev Fondu və Roma Katolik dini icması
arasındakı anlaşma memorandumu müəyyənləşdirilmiş
sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin
gerçəkləşdirilməsi, sosial və dini təyinatlı
obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan
xalqların etnomədəni inkişafına yönələn
tədbirlərin həyata keçirilməsini də nəzərdə
tutur.
Azərbaycan.-2021.- 3 dekabr.- S.7.