Müdafiə Nazirliyi: “Azərbaycan ərazisindəki qanunsuz
erməni silahlı dəstəsinin üzvünün
öldürülməsi barədə məlumat əsassızdır”
Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyi bildirir ki, bu kimi
yalan məlumatların yayılması
dekabrın 5-də axşam saatlarında
qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən
növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.
Azərbaycan.-
2021.-8 dekabr.- S.4.