Masazırda şəhidin anım mərasimi keçirilmişdir
44 günlük Vətən müharibəsində düşmən üzərinə yeriyən igidlərimizin arasında abşeronlular da var idi. Nicat Salahov onlardan biridir. O, sinəsini düşmənə sipər edib şəhidlik zirvəsinə yüksəlmişdir.
Masazırda şəhidin anım mərasimi keçirilmişdir. Anım mərasimində iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirmişdir ki, həmin günlər hər bir Azərbaycan vətəndaşı müsəlləh əsgərə çevrilmişdi: “Abşeronun igidləri sırasında döyüşə atılanlardan biri də Nicat idi. O, özünün qısa, lakin ləyaqətli ömrü ilə tarix yazan şəhidlər sırasındadır. Bu gün onların hər biri ən yüksək hörmətə layiqdir”.
Mərasimdə iştirak edən ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, veteranlar Nicat Salahovun keçdiyi döyüş yolu barədə söz açıb, Vətən uğrunda çarpışan hər kəsi ehtiramla yad etmişlər.
Sonra İ.Gülməmmədova şəhidin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanmış, onların həlli üçün tapşırıqlar vermişdir.
Akif ƏLİYEV
Azərbaycan.-
2021.- 8 dekabr.- S.6.