BMT-nin internet idarəçiliyi
mövzusunda parlament forumu keçirilib
Polşanın ev sahibliyi ilə dekabrın 7-8-də
BMT-nin İnternet idarəçiliyi mövzusuna
həsr edilmiş onlayn parlament forumu keçirilib.
Tədbirdə Milli Məclisin deputatları Nigar Arpadarai və Naqif Həmzəyev iştirak ediblər. Forumda rəqəmsal
məkan üçün
qanunvericilik yanaşmaları
mövzusunda geniş müzakirələr aparılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin ikinci günündə deputat Nigar Arpadarai “Sosial media sahiblərinin cəmiyyət qarşısında
məsuliyyəti, istifadə
edilən alqoritmlərin
şəffaflığı” mövzusunda çıxış
edib.
Deputat müasir dünyada demokratiyanın üzləşdiyi
problemlər, bu sahədə internetin və sosial medianın rolu, sosial şəbəkələrdən
sui-istifadə, sosial mediada yalan və
manipulyasiyalar, sosial
media sahiblərinin cavabdehlik
mexanizmi, kommersiya maraqlarının məxfiliyi
və digər məsələlərlə bağlı
fikirlərini açıqlayıb.
Azərbaycan.- 2021.- 9 dekabr.- S.2.