Prezident İlham Əliyevin yeni
idarəçilik texnologiyaları beynəlxalq konfransın
gündəliyində olub
Azərbaycan Respublikası sürətlə
inkişaf edir. Bu gün ölkəmiz nəinki regionda, dünya miqyasında seçilən dövlətlərdən
biridir. Ölkənin
siyasi, iqtisadi, sosial və təhlükəsizlik sahələrində
uğurlarının kökündə
Prezident İlham Əliyev tərəfindən
işlənmiş, elmin
ən müasir nailiyyətlərinə əsaslanan yeni idarəetmə texnologiyaları
dayanır.
Dekabrın 8-də Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
ölkəmizdə yeni
idarəetmə texnologiyaları
və onların tətbiqi ilə qurulmuş səmərəli
və çevik idarəetmə sistemi, həmçinin Azərbaycanın
bu sahədə qabaqcıl təcrübəsi
və qazandığı
uğurların müzakirəsinə
həsr olunmuş “Dövlət idarəçiliyində
yeni texnologiyalar: davamlı inkişaf və inklüziv cəmiyyətə doğru”
beynəlxalq elmi-praktiki
konfrans keçirilib. Prezident İlham Əliyevin yubileyi ərəfəsində onlayn
formatda keçirilən
konfransda azərbaycanlı
alimlərlə yanaşı,
Türkiyə, Rusiya,
ABŞ, Çin, İsrail,
Gürcüstan, Qazaxıstan,
Türkmənistan və
Taçikistanın milli
dövlət idarəçilik
akademiyaları və universitetlərinin rəhbərləri,
nüfuzlu mütəxəssislər
iştirak ediblər.
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru,
akademik Urxan Ələkbərov “Azərbaycan
Respublikasında yeni idarəetmə texnologiyalarının
səmərəliliyi: beynəlxalq
qiymətləndirmə” mövzusunda
məruzəsində ölkənin
son illər Prezident İlham Əliyev tərəfindən
işlənilmiş və
dünyada ilk dəfə
tətbiq edilən yeni idarəetmə texnologiyaları sayəsində
inklüziv cəmiyyətin
formalaşdırılması sahəsində dünya liderliyinə yüksəldiyini
vurğulayıb. Məruzədə bildirilib ki, beynəlxalq təşkilatların
rəsmi hesabatlarına
görə, hazırda
Azərbaycan dünyada
inklüziv inkişaf sahəsində maddi və insan resurslarından
ən səmərəli
istifadə edən ölkədir. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində ölkəmizin
yüksək göstəricilər
əldə etməsi və sosial siyasətin reallaşdırılması
baxımından dünya
liderinə çevrilməsində
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri
var. U.Ələkbərov qazanılan
uğurların 44 günlük
Vətən müharibəsindəki
parlaq Qələbədə
böyük payının
olduğunu da xüsusi vurğulayıb.
Eyni zamanda diqqətə çatdırılıb ki,
məhz bəhs edilən idarəetmə texnologiyaları dünyanın
iqtisadi nəhənglərini
çökdürən pandemiya
zamanı Azərbaycanın
taktiki qələbəsini
şərtləndirib.
Yeni dövlət idarəçiliyi və Davamlı İnkişaf Məqsədləri, qlobal
pandemiya dönəmində
dövlət, müasir
dövrdə dövlət
qulluğunun idarə olunması, ağıllı
şəhər və
kəndlərin idarə
edilməsində süni
intellektin rolu, dövlət idrəçiliyində
dəyişikliklərin idarəsi,
ölkələrin sülh
paradiqmaları konfransın
əsas müzakirə
mövzularına çevrilmişdir.
Konfrans iştirakçılarının
çıxışları və aparılan müzakirələr gedişində
Azərbaycanda işlənilmiş
yeni idarəetmə texnologiyalarının tədqiqi,
alınan nəticələrin
tədris proqramlarına,
xüsusilə də dövlət qulluqçularının
hazırlığı və
yenidən hazırlığı
prosesinə daxil edilməsi, ümumiyyətlə,
bu sahədə qazanılan təcrübənin
digər ölkələrdə
də yayılmasının
faydalı ola biləcəyi qənaətinə
gəlinmişdir.
Azərbaycan.- 2021.- 9 dekabr.- S.5.