“Virtual Diabet Məktəbilayihəsi təqdim edilib

 

Dekabrın 8-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü   Novo Nordisk” şirkətinin dəstəyi ilə “Virtual Diabet Məktəbilayihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə əhali arasında diabetin profilaktikası müalicəsi istiqamətində maarifləndirməni artırmaq məqsədilə yaradılmış onlayn platforma nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, “Novo Nordisk” şirkətinin Yaxın Şərq, Afrika MDB ölkələri üzrə korporativ vitse-prezidenti Emil Larsen, Danimarkanın Türkiyə Azərbaycandakı səfiri Denni Annan, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, digər dövlət qurumlarının, səfirliklərin, beynəlxalq qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zaur Əliyev ölkədə 290 minə yaxın şəxsin şəkərli diabetdən əziyyət çəkdiyini dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib: “Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş dəqiqləşdirilməmiş bir çox halları digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır”.

Emil Larsen isə layihənin prioritet istiqamətlərindən danışıb: “Bu gün təqdim olunan platforma pasiyent onlara qayğı göstərənlərə diabetə asan şəkildə nəzarətetmə, müalicə sağlam həyat tərzinə riayət etməni asanlaşdırmaq məqsədilə yaradılıb. Pasiyentlərin istifadədə rahatlığı asanlığı ilə seçilən müasir elektron vəsaitlə təmin edilməsi şəkərli diabetlə bağlı maarifləndirilmənin gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, həkimlərin vaxtlarının qənaət olunmasına şərait yaradacaq”.

Denni Annan çıxışında beynəlxalq, dövlət özəl qurumlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıb: “Diabetli insanların həyat keyfiyyətinin artırılması üçün müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsi çox önəmlidir. Hazırda təqdimatına toplaşdığımız layihə bu cür əməkdaşlığın bariz nümunəsidir”.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə həsr olunmuş videonun nümayişindən sonra çıxış edən Əhliman Əmiraslanov Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edən qanunvericilikdən söhbət açıb: “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqındaqanun xəstəliyin profilaktikası müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaradır”.

Soltan Məmmədov isə Heydər Əliyev Fondu tərəfindən 2004-cü ildən etibarən həyata keçirilən  Diabetli uşaqlara ən yüksək qayğılayihəsi haqqında məlumat verib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları şpris qələmlərlə təmin olunması istiqamətində mütəmadi olaraq yardım göstərilir. Həmçinin fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixososial reabilitasiya təşkil olunur”.

Tədbirdə “Virtual Diabet Məktəbiplatformasının təqdimat videosu nümayiş etdirilib, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq  əlaqələr departamentinin koordinatoru Əsmər Kərimli “Virtual Diabet Məktəbilayihəsi haqqında ətraflı məlumat verib.

Diabetin xəstəlik deyil, həyat tərzi olduğunu qeyd edən Azərbaycan Endokrinologiya, Diabetologiya Terapevtik Təlimat Assosiasiyasının sədri, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Valeh Mirzəzadə pasiyentlərin maarifləndirilməsinin vacibliyindən bəhs edib.

Təqdimat mərasimi platforma ilə bağlı ilkin təəssüratların müzakirəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu il yanvarın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novo Nordisk şirkəti arasında “Virtual Diabet Məktəbilayihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir.

 

Azərbaycan.- 2021.- 9 dekabr.- S.5.