Rusiya alimlərindən ibarət nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasında olub

 

Dekabrın 8-də rusiyalı alimlər - Şərqşünaslıq Araşdırmaları və Mədəniyyətlərarası Kommunikasiyalar Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının (REA) Y.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun böyük elmi işçisi, Rusiya XİN-in Diplomatik Akademiyasının dosenti Vladimir Avatkov, Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktoru Dmitri Yeqorçenkov, Şərqşünaslıq Araşdırmaları və Mədəniyyətlərarası Kommunikasiyalar Mərkəzinin layihə fəaliyyəti departamentinin rəhbəri Mariya Mayorova Beynəlxalq Türk Akademiyasında olublar.

AZƏRTAC xəbər verir ki, rusiyalı alimlər əvvəlcə Türk Akademiyası nəzdində yerləşən Türk MuzeyiTürk Kitabxanası Fondu ilə tanış olublar. Türk Akademiyasının fəaliyyəti ilə tanış olmağa gələn alimləri Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Fizuli Məcidli qəbul edib. Görüşdə ikitərəfli akademik əməkdaşlığın istiqamətləri və perspektivləri müzakirə edilib.

Akademiyanın vitse-prezidenti Fizuli Məcidli qonaqları salamlayaraq təşkilatın fəaliyyət istiqamətləri və görülən işlər barədə söhbət açıb. O qeyd edib ki, akademiya Rusiyanın akademik strukturları ilə, xüsusilə REA-nın Şərqşünaslıq İnstitutu və REA-nın Sibir bölməsi ilə səmərəli əməkdaşlıq edir.

Öz növbəsində, səmimi qəbula görə minnətdarlıqlarını bildirən rusiyalı alimlər Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlarını ifadə ediblər.

Tədbirin sonunda qonaqlara akademiyada nəşr edilən fundamental elmi işlər təqdim olunub.

 

Azərbaycan.- 2021.- 9 dekabr.- S.6.