“Göyçək Fatma”
Sumqayıtın qonağı olub
Sumqayıt Dövlət Dram Teatrında Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluş verdiyi “Göyçək Fatma” tamaşası kiçikyaşlı tamaşaçılara təqdim edilib.
Tamaşadan öncə teatrın direktor müavini, Əməkdar artist Vidadi Məmmədov qeyd edib ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman özünün sadiq kiçikyaşlı tamaşaçılarını düşünərək onların asudə vaxtlarını xoş keçirmələri, mənən zənginləşmələri üçün dəyərli tamaşalara yer verir.
Daha sonra nağıl-tamaşa təqdim olunub. Böyük maraq və alqışlarla qarşılanan tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, quruşçu rəssamı Elşən Sərxanoğludur. Rəqslərin quruluşu isə Rusiya Ali Teatr Məktəbinin məzunu Vüsal Mehrəliyevə məxsusdur.
Rollarda Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədəliyeva, Elmir Mehdiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə, İradə Zeynalova çıxış ediblər.
A.ƏLİYEV
Azərbaycan.
- 2021.- 9 dekabr.- S.6.