Omikron” “Delta”dan daha sürətli yayılır

 

Peyvənd olunan şəxslər özlərini qorumalıdırlar

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2-nin ən sonuncu növünün - “Omikron”un hələ yeni aşkarlandığı ilk günlərdə onun qlobal səviyyədə yayılma ehtimalının çox yüksək olacağı açıqlanmışdı. ÜST-ün mənşəyini Afrikadan götürən yeni ştamla bağlı ehtimallar özünü doğrultmaqdadır. Yayılma arealını getdikcə genişləndirənOmikron”un aşkarlandığı ölkələrin sayı durmadan artır.

 

Omikron”un daha güclü yoluxucu olduğu təsdiqləndi

 

Son günlər ərzində aparılan təhlillərOmikron”un daha yoluxucu olduğunu, onunDelta”dan da sürətli yayıldığını təsdiqləyib. Bu ştamın episentri sayılan Cənubi Afrikanın Qautenq vilayətində epidemioloji vəziyyətin gərginləşməsi virusun yoluxma qabiliyyətinin yüksək olmasını təsdiqləyən əsas faktlardandır. Həmin vilayətdə yalnız bu il 21-28 noyabr tarixlərdə COVID-19 xəstələrinin sayı 360 faizdən çox artıb. Mütəxəssislər bu saydakı artımı konkret olaraqOmikron”la əlaqələndiriblər. Qautenq əyalət hökumətinin müşaviri Brüs Mellado daOmikron”un “Delta” variantından ya əvvəlki mutasiyalardan daha sürətli yayıldığını açıqlayıb: “Cənubi Afrikada insanlar arasında indiyə qədər rast gəlinən ən sürətli yayılma vəziyyəti qeydə alınır. Bu, insanlar arasında daha çox yayıla bilən ştamın üstünlük əldə etməsi ilə bağlıdır”.

ÜST-ün əldə etdiyi məlumatların analizi Omikron”un qısa zaman ərzində daha sürətlə yayıldığını təsdiqləyir. İlk dəfə Hindistanda aşkarlanan “Delta” variantına 5 aydan sonra - 18 may 2021-ci il tarixdə artıq 48 ölkədə rast gəlinirdi.

Bundan sonra “Delta” hər həftə altı-doqquz yeni ölkədə aşkar edilirdi. Oktyabr ayının ilk həftəsinə olan məlumata görə, “Delta” variantı bütün qitələrdə - ən azı 191 ölkədə tapılıb. Omikronvariantı isə aşkarlandığı bir neçə gün ərzində 20-dən çox ölkədə yayıla bilib. Artıq Belçika, Almaniya, Kanada, Fransa, İtaliya, Yunanıstan, Səudiyyə Ərəbistanı, İsveç, ABŞ, Qana, İrlandiya digər ölkələrdə yeni ştama yoluxma halının olduğu təsdiqlənib.

Belə sürətli yayılma xüsusiyyətinə görədir ki, ÜST “Omikron”uDelta”dan daha çoxnarahatlıq doğuran” virus kateqoriyasına daxil edib. Yeni aşkarlandığı zamanmaraq doğuran variant”a daxil edilənDelta”nın adı yalnız bir aydan sonranarahatlıq doğuran variant” kateqoriyasına aid olub. Omikronisə aşkarlanandan cəmi iki gün sonranarahatlıq doğuran variant” kateqoriyasına daxil edilib.

 

Omikronpeyvənd olunmuş şəxsdə aşkarlanıb

 

Dünyanı narahat edənOmikronartıq tamamlanmış, yəni iki dozada peyvənd olunmuş şəxsdə aşkarlanıb. ABŞ Cənubi Afrikaya səyahət edən tam peyvənd olunmuş xəstəninOmikron”a yoluxduğunu üzə çıxarıb. Cənubi Afrikadan ABŞ-a qayıtdıqdan 7 gün sonra həmin xəstənin test nəticəsi müsbət çıxıb. Xəstənin simptomları yüngüldür, onun vəziyyəti yaxşılaşmağa doğru gedir. ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək vəzifəli rəsmisi Entoni Faucinin sözlərinə görə, bu xəstə tam peyvənd olunub, lakin ona gücləndirici iynə vurulmayıb.

Cənubi Afrika Tibb Assosiasiyasının (SAMA) prezidenti Angelique Coetzee isə müalicə etdiyi xəstələrin yarısının peyvənd olunmadığını açıqlayıb.

Həmin ölkənin Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutu mövcud vəziyyətdə vaksinləşdirməni ən əsas yol sayır. İnstitutdan bildirilib ki, erkən epidemioloji məlumatlarOmicron”un müəyyəntoxunulmazlıq”larının olduğunu göstərir. Lakin mövcud vaksinlər hələ insanları ağır fəsadlardan ölümdən qoruyur. Cənubi afrikalıların təxminən dörddəbirinin tam peyvənd olunması bu ştamın insanlara təsirini azalda bilər. Buna görə vaksinləşdirilməyə üstünlük verilməlidir.

Yeri gəlmişkən, Çin artıq koronavirusunOmikronştamına qarşı peyvənd üzərində tədqiqatlara başlayıb. Çinin Gigiyena Səhiyyə üzrə Dövlət Komitəsi hazırda bu istiqamətdə fəal işlədiklərini açıqlayıb. Mərkəz Çinin hazırladığı peyvəndlərin koronavirusun əsas ştamlarına qarşı effektiv olduğunu iddia edir.

 

Omikron”un simptomları əvvəlkilərdən çox fərqlidir

 

Omikronhazırda tədqiqat mərhələsində olan bir ştam olsa da, onun simptomları ilə bağlı artıq bəzi fikirlər söylənməyə başlanıb. Cənubi Afrika Tibb Assosiasiyasının prezidenti Angelique Coetzee “Omikron”a yoluxma zamanı simptomların yüngül olduğunu söyləyib: “Bu simptomlar əvvəllər müalicə etdiyim xəstələrin simptomlarından çox fərqli çox yüngüldür. “Delta”dan, eləcə digər variantlardan fərqli olaraq, bu varianta yoluxanların heç biri qoxu dad hissini itirməyib. Yoluxma zamanı əzələ ağrısı yorğunluq olur”.

Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Zuxra Pavlova da güclü yorğunluğun bu xəstəliyin əsas əlamətlərindən biri olduğunu deyib. O, hər kəsi şiddətli yorğunluq hiss etdikdə mütləq şəkildə COVID-19 testindən keçməyə çağırıb. Amma bunu da nəzərə çatdırıb ki, yorğunluq təkcəOmikronüçün deyil, bir çox xəstəliklər üçün xarakterikdir: “Tibbi təhsili olmayan insan üçün yorğunluğun həddindən artıq işləməklə ya xəstəliklə əlaqəli olduğunu anlamaq çətindir. Yalnız həkim müayinəsindən sonra bunun fiziki yorğunluq, yaxud hansısa bir xəstəliyin əlaməti olduğunu demək mümkündür”.

Mütəxəssis əlavə edib ki, koronavirus orqanizmdə bir çox orqanlarda ciddi pozuntulara səbəb olur: “Yoluxmuş şəxslərdə yaranan yorğunluq hissi immun sistemində, beynin fəaliyyətində ya sinir sisteminin toxumasında ciddi dəyişikliklərlə müşayiət olunur. Qanın xassələri kəskin şəkildə dəyişir, bu da bir çox orqanlara qan tədarükünü pozur. Buna görə virusa yoluxanlar özlərini fiziki cəhətdən zəif hiss edirlər”.

 

ÜST səyahət qadağalarına qarşıdır

 

Omikronaşkarlandıqdan sonra bəzi ölkələr turizm səyahətlərini məhdudlaşdırsalar da, ÜST bunun əleyhinə çıxır. Qadağaları dəstəkləməyən bunu təsirsiz üsul adlandıran qurum geniş məhdudiyyətlərin yeni növ virusun yayılmasının qarşısını ala bilməyəcəyini söyləyir. ÜST hesab edir ki, bu qadağalar insanların həyatına dolanışıq şəraitinə çox ciddi mənfi təsir göstərir. Təşkilat səyahət qadağalarının risk qiymətləndirməsinə əsaslanmaqla, məhdud müddətə qoyulmasını tövsiyə edir.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 4 dekabr.- S.5.