Hərbi qulluqçunun əziz xatirəsi
ehtiramla yad edilib
DSX-nin Mətbuat mərkəzindən bildiriblər ki, dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş baş leytenant Fərid Təyyar oğlu Nağıyevin məzarını ziyarət etmişlər.
Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilmiş, məzarına gül dəstələri qoyulmuşdur.
Sonra hərbi
qulluqçunun ailəsinə baş çəkilmiş və
başsağlığı verilmişdir.
Azərbaycan.-
2021.- 4 dekabr.- S.8.