Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-aliləri cənab Olaf Şoltsa

 

Hörmətli cənab Federal Kansler,

Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edir ən xoş arzularımı yetirirəm.

Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 10 dekabr.- S.1.