Paradların zirvəsi

 

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaqancaq irəli gedəcəyik”.

Zaman 10 dekabr 2020-ci ildə həmin tarixi günü yetişdirdi...

Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin ötən il Azadlıq meydanında keçirilən Zəfər paradında bəyan etdiyi kimi, hər birimiz bu möhtəşəm anlara şahidlik etdik.

 

Gün o gün idi...

 

2020-ci il Azərbaycan xalqının şanlı qələbəyə imza atdığı unudulmaz tarix kimi salnamələrə qızıl hərflərlə həkk oldu. Ötən ilin 27 sentyabrında başlayan qürurlu Zəfərlə sonlanan 44 günlük Vətən müharibəsi ərəfəsində çox fəxarətli, möhtəşəm günlər yaşadıq, 30 ildir işğal altında qalan dədə-baba yurdlarımızın azadlıq sevinci ilə coşduq. Şanlı 44 günün təntənəli qələbə zirvəsi isə 2020-ci il 10 dekabrda keçirilən Zəfər paradı oldu.

Azadlıq meydanında baş tutan bu möhtəşəm paradda Azərbaycan xalqı şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında qürurla addımlayan Silahlı Qüvvələrimizin şəxsi heyətiniAzərbaycan fanfarası”nın qələbə sədaları altında fəxrlə seyr etdi. O gün böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları Azadlıq meydanında vüqarla dalğalandırıldı.

Əslində, xalqımız bu şanlı günlərin şahidi olacağının müjdəsini hələ 2 il əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevdən almışdı.

2018-ci il iyunun 26-da Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqini bu fikirlərlə yekunlaşdırmışdı: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək”.

İlham Əliyev qətiyyətlə onu da söyləyirdi ki, döyüşdə olan hərbçilərimizi daim qabağa aparan bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır bu parad üçün buraya gətirilib: “Gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək hərbi paradda göstəriləcək”.

Çox qısa zamandan sonra, gün o böyük gün oldu biz Azərbaycanın müstəqillik tarixindəki ilk Zəfər paradında işğaldan azad edilən yurdlarımızda dalğalandırılan Zəfər bayraqlarını fəxrlə seyr etdik. Uzun zamandır həsrətində olduğumuz qələbə şadyanalığını yaşadıq. Haqq savaşımızın qalibiyyətinə həsr olunan bu paradda bütün dünya bir daha Azərbaycan dövlətinin, ona başçılıq edən qətiyyətli liderin,  rəşadətli Azərbaycan Ordusunun gücünü, qüvvətini gördü.

Azərbaycanın qazandığı bu böyük uğur isə ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu quruculuğu strategiyasının, milli birliyi həmrəyliyi dəstəkləyən uğurlu siyasətinin məntiqi nəticəsi idi.

Məhz Müzəffər Ali Baş Komandanın qətiyyətli uzaqgörən siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmində olması cəbhədəki uğurlarımızı şərtləndirən başlıca amillər idi.

 

Rəşadətli Azərbaycan Ordusu 44 gündə möhtəşəm tarix yazdı

 

2020-ci ilin 27 sentyabrında Ermənistanın Azərbaycan sərhədlərində yenidən təxribat törətməsi mülki əhalini hədəfə almağa başlaması səbrimizi daşırmaya bilməzdi. Artıq faşist xislətli düşmənin başına sonuncu, öldürücü zərbəni vurmağın vaxtı yetişmişdi. Buna görə Ali Baş Komandanın Vətən uğrundaİrəliəmri ilə on minlərlə gəncimiz öz ata-baba yurdlarını işğaldan azad etmək üçün irəli atıldılar. İgid oğullarımız silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə tələsdilər.

Rəşadətli Azərbaycan Ordusu şanlı 44 günün hər günündə möhtəşəm tarix yazdı. Vətən uğrunda savaşan qəhrəman oğullarımız daim irəli şığıdı, düşmənin murdar ayağını qarış-qarış torpağımızdan qoparıb ataraq xalqımıza hər gün zəfər müjdəsi verdi. 30 illik həsrətdən sonra Azərbaycanın üçrəngli müqəddəs bayrağı Vətən torpağında, uca zirvələrdə dalğalanmağa başladı...

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında bir-bir düşməndən azad edildi. Noyabrın 8-də Qarabağın ürəyi Şuşa şəhərinin azad edilməsi orada Azərbaycan bayrağının qaldırılması isə Vətən müharibəsinə Zəfər yekunu vurdu. Mənfur düşmən qəhrəman Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyərək diz çökdü noyabrın 10-da təslimçilik bəyanatını imzalamağa məcbur oldu.

 

Qardaşlığın təntənəsi

 

Tarixi qələbədən bir ay sonra, dekabrın 10-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı dünyaya səs saldı. Xalqımız bu qələbəni yaşadan qəhrəman oğullarına yaxından tamaşa etdi, onlarla fəxr etdi. Bir daha Vətən uğrunda canlarından keçən şəhidlərimizə minnətdarlıq duydu, onların ruhuna dualar oxudu.

Zəfər paradında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, fəxri qonaq qismində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan iştira

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi katerlərin bir qisminin nümayişi oldu.

Belə qürurlu günümüzdə Azərbaycan türk əsgərlərinin çiyin-çiyinə addımlaması isə bir daha düşmənə bütün beynəlxalq aləmə Azərbaycanın tək olmadığının ciddi mesajını verdi.

 

Dəmir yumruqdüşmənin belini qırdı, düşmənin başını əzdi...”

 

O gün Azadlıq meydanına, həm 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Şanlı Ordumuz tərəfindən darmadağın edilən düşmən texnikalarını seyr etdik bu bir daha Azərbaycanındəmir yumruğ”unun qarşısında heç bir gücün, silahın, sursatın duruş gətirə bilməyəcəyinin əminliyini yaşadıq.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu. Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunanQarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edildi.

Prezident İlham Əliyevin Zəfər paradında söylədiyi kimi: “...Bu “dəmir yumruqdüşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanındəmir yumruğ”u onların belini qıracaq”.

Bəli, ötən ilin 10 dekabrında düşmən cəmi 44 gün ərzində qarşısında diz çökdüyü, həmlələri qarşısında boyun əydiyi qalib Azərbaycanın şanlı Ordusunun qüdrətini bir daha duydu, “dəmir yumruğ”un zərbəsini bir daha başında hiss etdi...

Xalq-dövlət-ordu birliyi işğalçı üzərində əbədi qələbənin möhürünü vurdu, bu birlik Vətən müharibəsini qalibiyyət zirvəsinə daşıdı, haqq ədalət zəfər çaldı.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2021.- 10 dekabr.- S.4.