Azərbaycana qələbə yaraşır

 

Qarabağ zəfəri xalqımızın şanlı tarixidir”. Bunu Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı Azərbaycan xalqının həyatında mühüm rol oynadı: “Hesab edirəm ki, həmin tarixi paradla biz şəhidlərimizin ruhuna böyük sayğını, hörməti nümayiş etdirmiş olduq. Bu isə müqəddəs bir işdir. Zəfər bayrağımızın dalğalanması Azərbaycan xalqının illərdir çəkdiyi acı və zülm üzərindəki qələbəsinin göstəricisidir.

Azərbaycan hər gün inkişaf edir. Azərbaycan bundan sonra daha sürətlə inkişaf edəcək. Bu sözü cənab Prezident İlham Əliyev öz çıxışı zamanı deyib. Azərbaycan bütün dünyaya özünün müstəqil, nüfuzlu, iradəli qətiyyətli bir dövlət olduğunu sübut etdi. Azərbaycan Ordusu bütün dünyaya gücünü göstərdi. Azərbaycan xalqı həmrəyliyini, “dəmir yumruqkimi cənab Prezidentin ətrafında birləşə bildiklərini təsdiqlədi. Dövlət rəbərinin apardığı uğurlu siyasət status-kvoya son qoydu. Regionda bir sıra dövlətlərin silah ticarəti üçün nəzərdə tutduqları Qarabağ münaqişəsini ortadan götürdü. Bölgədə sülh, barış sabitliyin təmin olunması üçün həm diplomatik baxımdan, həm hərbi baxımdan öz gücünü müdrik siyasətini göstərməyə müvəffəq oldu. Bu, danılmaz faktdır”.

Partiya sədri deyib ki, Azərbaycan Qarabağ məsələsini həll etməklə Zəngəzura da yol açdı. Danışıqlar masasında indi Zəngəzur dəhlizi var. Bu fakt özü-özlüyündə Azərbaycanın diplomatiyadakı böyük zəfəridir: “Hesab edirəm ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan hər bir addım Azərbaycanı yalnız yalnız irəliyə aparacaq. Azərbaycan daim dinamik inkişaf edəcək. Düşünürəm ki, Azərbaycanın tarixində hələ belə qələbələr çox olacaq. Çünki Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!”

Partiya sədri eyni zamanda Azərbaycan Ordusunun əldə etdiyi hərbi qənimətlərin nümayiş olunmasının müzəffər ordumuzun uğurunun göstəricisi olduğunu qeyd edib. Onun fikrincə, Hərbi Qənimətlər Parkında Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş etdirilməsi məğlub ölkənin imzaladığı kapitulyasiya aktının nəticəsidir. Qarabağ Zəfəri, Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbə hərbi qənimətlər bir daha Prezident İlham Əliyevindəmir yumruğ”unun bəhrəsidir.

Qarabağ Zəfərinin qazanılmasında Azərbaycan Türkiyə qardaşlığının, dostluğunun sarsılmaz olduğunu vurğulayan Əsli Kazımova bu qardaşlığın daimi olacağına heç bir şübhə etmir: “Azərbaycan Türkiyə  əsgərlərinin paradda bərabər addımlaması nəinki işğalçı Ermənistana, illərdir ikili standartlar tətbiq edən beynəlxalq təşkilatlara dövlətlərə ciddi bir mesaj idi. Bu, Azərbaycan üçün çox önəmlidir”.

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2021.- 10 dekabr.- S.4.