Respublika Veteranları Təşkilatında Ümummilli Lider
Heydər Əliyevin anım gününə həsr edilən
konfrans keçirilib
Dekabrın 9-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, onunla bağlı xatirələrindən danışıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Qeyd edib ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan dövləti parçalanmaq təhlükəsindən xilas oldu. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkə bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoydu.
Sonra Ulu Öndərə həsr olunan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” filmi nümayiş etdirilib.
Daha sonra Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası “Polisə Dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və Birinci Qarabağ müharibəsi veteranı İmran Əbilov, Respublika Veteranları Təşkilatının hüquq və kadrlar şöbəsinin müdiri, professor Bəhram Zahidov və digərləri çıxışlarında ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərinə toxunublar. Ulu Öndərin misilsiz xidmətlərinin əsrlər boyu unudulmayacağını vurğulayan natiqlər diqqətə çatdırıblar ki, bu gün Azərbaycan xalqı qalib xalqdır və ərazi bütövlüyünü şanlı Zəfər sayəsində bərpa edib. Güclü ordusu və böyük iqtisadi potensialı olan. Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır. Dövləti yaşatmaq, onu inkişaf etdirmək üçün hamımız birlikdə çalışmalıyıq.
Qeyd edilib ki, Azərbaycan
dövləti qısa zamanda böyük nailiyyətlər qazanıb. Bütün
bunların təməlində isə ümummilli
lider Heydər Əliyevin uzaqgörən
siyasəti dayanır. Ümummilli Lider vaxtilə demişdi:
“İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Dövlətimiz bundan
sonra əbədi yaşayacaq,
çünki bu
dövlət sarsılmaz iqtisadi, siyasi və mənəvi əsaslara söykənir.
Ümummilli lider Heydər
Əliyev daim deyirdi ki, “Mən fəxr edirəm ki,
azərbaycanlıyam”. Xalqımız Ulu
Öndərin xatirəsini hər zaman ən
dərin ehtiramla yad edəcək”.
Azərbaycan.-
2021.- 10 dekabr.- S.5.