Londonda Azərbaycan dilini tədris  edən Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb

 

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (British European Azerbaijani School) nəzdində Mədəniyyət Mərkəzi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihə rəhbərləri tərəfindən mərkəzdə uşaqlara Azərbaycan dilinin tədris olunacağı qeyd olunub. Bundan başqa, Azərbaycanın mədəni-mənəvi dəyərləri, tarixi, coğrafiyası, milliklassik musiqisinə dair fənlər üzrə dərslər təşkil ediləcək. Yaxın gələcəkdə mərkəzdə Azərbaycan rəqsləri, milli idman oyunları, tətbiqi sənət, rəngkarlıq və qrafika dərslərinin keçirilməsi də planlaşdırılır.

Dərslər hər bazar günü LondonunVictoria” stansiyası yaxınlığında yerləşən Pimlico Akademiyasında keçiriləcək.

Layihədə valideynlərin maraqları da nəzərə alınıb. Bu məqsədlə “Kitab klubu”, “Kino klubu”, “Tarix sessiyaları” və s. dərnəklərin fəaliyyətə başlaması gözlənilir.

 

Azərbaycan.- 2021.- 10 dekabr.- S. 7.