Gürcü siyasətçi: Prezident İlham Əliyevin əraziləri işğaldan azad etməsi 100 ildə bir dəfə baş verən mühüm hadisədir

 

Azərbaycan Prezidenti İlham Əliyevin ərazilərin işğaldan azad edilməsinə nail olması 100 ildə bir dəfə baş verən mühüm hadisədir. Azərbaycan xalqı xoşbəxtdir ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin Prezident İlham Əliyev kimi layiqli davamçısı var.AZƏRTAC xəbər verir ki, bu sözləri “Vahid Gürcüstan” Partiyasının lideri Nino Burcanadze söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə xalqının ən böyük arzusunu yerinə yetirdi.

"Bu gün Prezident İlham Əliyev atasının, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin layiqli davamçısıdır. O da Gürcüstanın böyük dostudur. Azərbaycan xalqına və Prezidentinə uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan-Gürcüstan münasibətlərinə bundan sonra da xələl gətirilməyəcək”, - deyə N.Burcanadze vurğulayıb.

 

Azərbaycan.- 2021.-10 dekabr.- S.1.