Azərbaycanın müdafiə naziri
Bəhreyn Müdafiə Qüvvələrinin Baş
Komandanı ilə görüşüb
Dekabrın 10-da Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn
Krallığının Müdafiə Qüvvələrinin
Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd
əl-Xəlifə ilə görüşüb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Bəhreyn Krallığı ilə birgə hərbi əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə görülən işlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qonaq Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə həm öz adından, həm də Bəhreyn Kralı adından təbriklərinin çatdırılmasını xahiş edib.
Görüşdə regionda hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə olunub.
Azərbaycan.-
2021.- 11 dekabr.- S.3.