Pandemiyanın gedişatı dəyişə bilər
Elm adamlarının pandemiya davam etdikcə koronavirusun yeni mutasiyalarının ortaya çıxacağı ilə bağlı fikirləri özünü doğruldur.
COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2-nin “Delta” variantından bir neçə ay sonra aşkarlanmış “Omikron”la bağlı ətraflı məlumatlar əldə edilməmiş bu ştamın yeni mutasiyası ortaya çıxıb. Cənubi Afrika, Avstraliya və Kanadada aşkarlanmış “Omikron”a bənzər mutasiyanın daha geniş ərazilərdə yayıla bilməsi mümkün sayılır.
“Omikron”un “gizli” versiyası
“Omikron”a bənzər mutasiyanı digər variantlardan fərqləndirən ayrıca bir xüsusiyyət yoxdur. Buna görə də alimlər yeni mutasiyanı “Omikron”un “gizli” versiyası hesab edirlər. “Gizli” variantın PCR testlərində aşkarlanması çətin olduğu üçün onun yayılma arealını izləmək də asan olmayacaq. “Omikron”la onun “gizli” versiyası oxşar mutasiyalar dəstinə malikdir. Buna əsaslanaraq onun nəzəri cəhətdən “Omikron” kimi daha yoluxucu ola biləcəyi deyilir.
“Gizli
“Omikron”da standart “Omikron”da olan bir
çox ortaq mutasiyalar olsa da, o, xüsusi
genetik dəyişikliyə malik deyil. Variant
hələ də bütün adi testlərdə koronavirus
kimi aşkar edilir. O,
genomik test vasitəsilə
“Omikron” variantı kimi müəyyən edilə bilər. Yeni variantın yoluxuculuğu və peyvəndlərə
mümkün müqaviməti
barədə dəqiq
məlumat yoxdur.
Tədqiqatçılar deyirlər
ki, “Omikron”un
yeni formasının standart “Omikron” kimi yayılıb-yayılmayacağını
bilmək hələ tezdir. Ancaq “gizli” versiyanın
fərqli davrana biləcəyi də istisna edilmir.
“Omikron”
pandemiyanın gedişatına
böyük təsir göstərə bilər
Dünya ölkələrində yayılmaqda
davam edən “Omikron”la bağlı ümidverici açıqlamalar
verən Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) onu digər variantlar qədər təhlükəli saymır.
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, “Omikron”nun bəzi xüsusiyyətləri
onun pandemiyanın gedişatına böyük
təsir göstərə
biləcəyini göstərir:
“Ancaq bu təsirin nə olacağını dəqiq
bilmək hələ çətindir. Yoluxmanın dəqiq sürətini
ölçmək çətin
olsa da, biz bu halların sürətlə artdığını
görürük. “Omikron”un “Delta”dan daha yüngül xəstəliyə səbəb
olduğuna dair bəzi sübutlar var, lakin buna
əmin olmaq hələ tezdir”.
ÜST-ün
fövqəladə hallar
üzrə direktoru Maykl Rayan bu
ştamın əvvəlki
variantlardan daha yoluxucu olsa da,
şiddətli olmadığını
açıqlayıb. O, koronavirusun
istiqamətinin “şiddət”ə
doğru getdikcə daha az irəlilədiyini söyləyib.
Türkiyənin Səhiyyə
Nazirliyinin Koronavirus elmi komitəsinin üzvü professor Alper Şenerin də klinik mənzərəsi daha “yumşaq” görünən “Omikron”la
bağlı fikirləri
nikbindir: “Laboratoriya tədqiqatları göstərir
ki, “Omikron” mövsümi koronavirusa çevrilib. Bu, o deməkdir ki, virus yumşalır”.
Rusiyanın Tibbi Parazitologiya İnstitutunun direktoru, professor, virusoloq Aleksandr Lukaşev “Omikron”un pandemiyanın
gedişatına ciddi təsir edəcəyini düşünməsinə baxmayaraq,
sevinmək üçün
hələ səbəb
görmür: “Hələ
ki, rahatlanmaq, sevinmək üçün
səbəb görmürəm.
Bu, vaxtından əvvəl ortaya atılmış xülyadır”.
Virusoloqun fikrincə,
mutasiyaların rekord çoxluğu səbəbindən
virusun zəiflədiyini
düşünmək üçün
tutarlı əsas yoxdur: “Adətən, belə qeyri-stabil viruslar populyasiyadan tez çıxır və effektiv yayılıb dayanıqlı
ola bilmir. Lakin “Omikron” göründüyü
kimi yaxşı yayılıb. Hər gün
yoluxan ölkələrin
sayı artır.
Bu ştama vaksin
vurduran şəxslər
də yoluxurlar. Ona görə yoluxma artacaq, bu da
pandemiyanı daha aktiv edəcək. “Omikron” dalğasında
yoluxan, sağalan, peyvənd olan, olmayan hər kəs ona yoluxacaq.
Amma bu ştam öz
sahibini, yəni xəstəni öldürməyəcək”.
Üçüncü peyvənddən
sonra tam “toxunulmazlıq”
yarana bilər
Koronavirusun yeni ştamlarının ortaya çıxması
COVID-19-a qarşı peyvəndlərin
yeni növlərə
qarşı dözümlülüyünün
yoxlanılmasını zəruri
edir. Hazırda şirkətlər “Omikron”a qarşı peyvəndin hazırlanmasında,
eləcə də qorunmanın səviyyəsinin
və müddətinin
artırılmasında irəliləyiş
əldə etməyə
çalışırlar. Onlar bu məqsədlərinə
2022-ci ilin mart ayına
qədər nail olacaqlarını
düşünürlər.
İlkin laboratoriya
tədqiqatları göstərib
ki, “Pfizer-BioNTech”
COVID-19 peyvəndinin üç
dozası “Omikron” variantını neytrallaşdırır,
iki doza isə neytrallaşdırmaya
əhəmiyyətli dərəcədə
təsir edir.
“BioNTech”in baş direktoru və həmtəsisçisi
Uğur Şahinin sözlərinə görə,
ilkin məlumatlar üçüncü dozanın
“Omikron”un da səbəb olduğu istənilən şiddətli xəstəliklərdən
kifayət qədər
qoruya biləcəyini
göstərir: “Dünyada
peyvəndləmə işlərinin
genişləndirilməsi bizə
insanları daha yaxşı qorumağa və qış mövsümündən çıxmağa
kömək edə bilər. İnanırıq ki, hazırkı
peyvəndlə müqayisədə
daha uzunmüddətli
qorunma immuniteti yaratmağa kömək edən, “Omikron” tərəfindən törədilən
COVID-19 xəstəliyinə qarşı yüksəksəviyyəli
qorunmanı təmin edən uyğunlaşdırılmış
vaksin hazırlaya biləcəyik”.
Almaniyanın səhiyyə
naziri Karl Lauterbax isə belə fikirləşir ki, “Omikron”la mübarizə üçün peyvəndin
üçüncü dozasının
insanlara vurulması lazımdır: “Hazırda
biz mümkün qədər
çox “Buster” peyvənd
almalıyıq. Yalnız üçüncü
peyvənddən sonra virusa qarşı demək olar ki, tam “toxunulmazlıq” yarana bilər”.
Yeni qadağalar
“Omikron” variantının sürətlə
yayılması ilə
əlaqədar Böyük
Britaniyada Baş nazir Boris Consonun “B Planı” adlandırdığı
yeni tədbirlər qüvvəyə minib. Yeni qərarlara
əsasən, ictimai yerlərdə, o cümlədən
teatr və kinoteatrlarda maskaların taxılması məcburidir.
Konsert salonları və gecə klublarına giriş üçün
COVID pasportu tələb
ediləcək. Conson qeyd
edib ki, COVID-19 pasportunun alınması üçün iki doza peyvəndin olunması kifayətdir, lakin “Buster” dozalarının
sayı artdıqca bu məsələ yenidən nəzərdən
keçiriləcək.
COVID-19-a yoluxma hallarının davamlı
olaraq artacağından
ehtiyatlanan Şotlandiya
isə yenidən
“distant” iş şəraitinə
qayıdıb. O, ən
azı, gələn ilin yanvar ayının
ortalarınadək işçilərin
mümkün olan qədər evdən işləyəcəklərini elan edib.
İlhamə İSABALAYEVA
Azərbaycan.-
2021.- 11 dekabr.- S.1; 5.