Lider-xalq vəhdətində gerçəkləşən arzular
Üçüncü minilliyin üçüncü ili, on ikinci ayın on ikinci günü! Həmin gün uzaq Amerikanın Klivlend xəstəxanasından gələn acı xəbər bütün dünyaya yayıldı. Azərbaycan xalqının böyük oğlu, dünyanın nadir şəxsiyyətlərindən olan Heydər Əlirza oğlu Əliyevin vəfatı bütün azərbaycansevərləri, türk, islam dünyasını, yer üzünün dərin zəkalı insanlarını kədərləndirdi.
Həmin günlər Bakı şəhəri, paytaxtın ən hündür guşəsində xalqın görkəmli simalarının dəfn olunduğu Fəxri xiyaban izdihama büründü. Respublikanın ən ucqar rayonlarından, dağ kəndlərindən, başqa-başqa ölkələrdən insanlar bu dahi şəxsiyyəti son mənzilə yola salmağa axışdılar. Dəstə-dəstə insanlar Ümummilli Liderlə vidalaşmaq üçün şəhərin bu başından o başına saatlarla yol gəlir, növbə ilə məzarına təzə-tər güllər düzür, hörmət və ehtiramlarını bildirirdilər. Öz liderinə inanan, həmişə onu böyük izdihamlar, gül-çiçəklərlə qarşılamış xalq, eyni coşqu ilə də dahi oğlunu son mənzilə yola saldı.
Ötən əsrin sonlarında bir tərəfdən havadarlarına arxalanan azğın ermənilərin torpaqlarımıza təcavüzü, digər tərəfdən daxili çəkişmələr nəticəsində ölkədə yaranan xaos və özbaşınalıqlar, Gəncə hadisələri xalqı müdrik bir addım atmağa vadar etmışdi. Moskvadan Naxçıvana qayıdaraq Ali Məclisin Sədri seçilmiş, qısa zaman kəsiyində muxtar respublikanı vahid bir komanda ətrafında sıx birləşdirməyi bacaran Heydər Əliyev müstəqilliyin, dövlətçiliyin xilaskarı kimi Bakıya dəvət olundu.
Böyük şəxsiyyətin paytaxta gəlişi zamanı xalq coşqusu bəzilərinin süni şəkildə qızışdırmaq istədikləri yersiz söhbətləri alt-üst etdi. Qayıdış günü hava limanından parlamentə qədər liderini qarşılamağa çıxmış insanların izdihamı müşahidə olunurdu. Kəsilən qurbanlar, gül-çiçəkli insanların alqış sədaları xalqın dərin sevgisinin təzahürü idi. Həmin günü canlı izdihama qoşulan bu sətirlərin müəllifinə indiki Koroğlu metrosu ətrafınadək irəliləmək, ötən maşın karvanının arxasınca yalnız əl yelləmək qismət olmuşdu. Ancaq bu bircə an üçün digər iştirakçılar kimi saatlarla gözləməyə dəyərdi. İzdihama qoşulan hər bir kəs sanki Vətənin, şəhidlərimizin qanı bahasına qazanılmış müstəqilliyin, dövlətçiliyin xilası üçün özünü müqəddəs bir vəzifə başında hiss edirdi. Bütün mənalı həyatı və fəaliyyəti boyu coşqun qarşılanmalara alışmış Heydər Əliyev bu izdihamların məzmun və mahiyyətini dərindən dərk edirdi.
Heydər Əliyev bir çox məqamlarda öz təşəbbüsü ilə, bəzən ölkənin ən vacib tədbirinin protokolundan kənara çıxaraq sadə camaatın yanında olmağı, onlarla səmimi söhbət etməyi sevərdi. Buna dair yüzlərlə misal çəkmək, yüzlərlə nümunə gətirmək olar. Bəzən tədbir təşkilatçılarının günlərlə əziyyət çəkdikləri, dəfələrlə yoxladıqları, saatlarla məşq elətdirdikləri (təhlükəsizlik qaydaları bunu tələb edir) ssenarini Ümummilli Liderin bir hərəkəti, yerində söylənən hər hansı xatırlaması, replikası poza bilərdi. O, təcrübəli dövlət başçısı, dünyagörmüş siyasətçi kimi bütün bunları yaxşı bilirdi və görürdü. Protokoldan yayınmaları isə elə incəliklə nizamlayırdı ki, kənar müşahidəçi tərəfindən qəti hiss olunmurdu. Zəngilan ictimaiyyəti ilə görüşdə tədbir təşkilatçılarının siyahısına düşməyən rayon ağbirçəyi sonra bu görüşdə Heydər Əliyevə o birilərdən də yaxın əyləşdiyini, söz alıb çıxış etdiyini, ölkə başçısı ilə səmimi söhbətini qürur hissi ilə xatırlayacaqdı:
“Geyinib-kecinib,
orden-medallarımı taxıb
yollandım prezident aparatına. Qapıda dedim ki, mən
Heydər Əliyevlə
görüşə gəlmişəm.
Dedilər, adın siyahıda
yoxdur. Dedim, necə olur, rayonda əksər tədbirlərdə məni
irəli verirlər, bu kişinin qəbuluna gələndə
siyahıda olmuram?!”
Əlbəttə, bu cür ciddi
görüşlər zamanı
təsadüflərin mümkünsüzlüyü
hər kəsə bəllidir. Ancaq hər kəsə
bəlli olanlar da Heydər Əliyev kimi bir dahinin şəxsində
təkzib oluna bilərdi. Ucqar bir rayon ağbirçəyinin
rəhbərlə görüşə
can atması xalqın,
uşağından tutmuş
böyüyünə qədər
hamının Ulu Öndərə sevgisindən
doğurdu. Onun siyahıdan kənar görüşdə iştirak
edə bilməsi və Ulu Öndərlə səmimi söhbəti isə lider-xalq birliyinin Heydər Əliyev hakimiyyət strukturunda ən mühüm amil olduğunun təzahürüdür ki,
bu amil indi
də özünü
daha qabarıq şəkildə göstərir.
Cəbhə bölgələrində,
işğaldan azad olunmuş rayonlarda, müəssisə və təşkilatlarda əsgər
və zabitlərlə,
sadə camaatla, əmək kollektivləri, incəsənət
və elm adamları ilə səmimi görüşlər, açıq
fikir mübadiləsi,
diskussiya və mülahizələr müzəffər
Ali Baş Komandan, müdrik Prezident İlham Əliyevin bir rəhbər, lider kimi hakimiyyət-xalq
birliyinə nail olmaq istəyinin ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev dünyanın
nadir şəxsiyyətlərindən idi. Onun istər respublikamıza
birinci hakimiyyəti dövrü, istərsə
də xilaskarlıq missiyasını yerinə
yetirdiyi illər Azərbaycan tarixinə qızıl hərflərlə
yazılıb. Bu gün müstəqil dövlət kimi varlığımız, bütöv
Vətən kimi mövcudluğumuz Heydər
Əliyev siyasətinin
nəticəsi və təntənəsidir. Hakimiyyətin bütün pillələrində
canı-qanı, fitri istedadı, quruculuq bacarığı ilə Azərbaycan naminə çalışan Ulu Öndər xilaskarlıq missiyasının son şərəfli
vəzifəsi isə
İlham Əliyevi xalqımıza ərməğan
etməsi oldu. “Mən ona inanıram” deyərək xalqı varisi və davamçısı
ətrafında sıx
birləşməyə çağırdı.
“Torpaqlarımızın azad olunacağına qəti əminəm” deyərək bütün
dünyaya Azərbaycan
həqiqətlərini çatdırmağa
çalışdı. “Azərbaycanın müstəqilliyi
əbədidir, dönməzdir”
deyərək hərtərəfli
quruculuq islahatlarına
start verdi. Və “Fəxr edirəm ki, mən azərbaycanlıyam”
dedi! Həm də hər
kəsin ürəyində
bir inam şöləsi yandırdı
ki, Azərbaycan adlı məmləkətin
hakimiyyət sükanı
etibarlı əllərdədir.
Ulu Öndərin layiqli
varisi, birgə çətin sınaqlarda
bərkimiş, müstəqil
dövlətçilik məktəbi
keçmiş İlham
Əliyev öz atasının yolunu qətiyyətlə davam etdirərək xalqımızı,
millətimizi işıqlı
sabahlara aparır.
Arzular çin
oldu, müqəddəs
niyyətlər həyata
keçdi, torpaqlarımız
işğaldan azad olundu, Azərbaycan dövlətlər içində
beynəlxalq nüfuz qazandı, yüksəliş,
tərəqqi yolunda inamla addımlayır! Bu gün biz qürur hissi ilə azərbaycanlı olduğumuzu
dünyaya bəyan edirik! Müzəffər
Ali Baş Komandanı,
müdrik Prezidenti İlham Əliyev olan Azərbaycan adlı ölkənin bəxtəvər vətəndaşlarıyıq
deyirik! Bu azad ölkənin beynəlxalq hüquqa söykənən qanunvericilik
bazası, məqsədyönlü
daxili və xarici siyasəti, tükənməz maddi sərvəti, zəngin mənəvi irsi və bütün bunlara kəc baxanlara qarşı qətiyyətli mübarizə
aparmağa qadir gücü var! Bu varlığımızla dünyaya
sülh ölkəsi olduğumuzu, lakin dəmir yumruğumuzun hər an qalxa
biləcəyini bildiririk.
Bu dəmir yumruq birliyimizin, həmrəyliyimizin
rəmzidir! Qüdrətli
Azərbaycan dövləti
Ulu Öndər Heydər Əliyevin şah əsəridir, əbədi var olacaq və daim çiçəklənəcək!
Mahir CAVADLI,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Azərbaycan.- 2021.- 12 dekabr.- S.9.