Heydər Əliyev və Azərbaycan nizamişünaslığı

 

Görkəmli siyasi xadim Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olduğu  dövrdə  dahi şairimiz  Nizami Gəncəvi irsinə xüsusi qayğı və  diqqət  yetirmişdir. Bu mərhələdə Azərbaycanda, eləcə də  postsovet məkanında nizamişünaslığın inkişafı Ulu Öndərin müdrük dövlətçilik  siyasətinin tərkib hissələrindən biri olmuşdur.

1 noyabr 1969-cu ildə  Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi nitqində  Ulu Öndər Azərbaycan xalqının parlaqorijinal mədəniyyətinin öndə gedən simaları sırasında - “mütəfəkkir şair Nizami Gəncəvi” deyə  dahi sənətkarın  adını  xüsusi məhəbbət və şərəflə çəkmişdir. Nizami yaradıcılığındakı humanist ideologiya və ümumbəşəri xüsusiyyətlər onun hər zaman güvəndiyi əsas ictimai-fəlsəfi mənbələrdən idi.                                       

Təsadüfi deyildir ki, Heydər Əliyev 1972-ci il avqustun 16-da Moskvada nəşr olunan  Literaturnaya qazetaya verdiyi müsahibəsində jurnalistin “Azərbaycan  yazıçılarının  yaradıcılığında  sovet adamlarının  dostluğu və qardaşlığı mövzusu necə işıqlandırılır?” - sualının cavabında Nizami Gəncəvi yaradıcılığına istinad etmiş, onun əsərlərinin əsas qayəsini təşkil edən və parlaq cizgilərlə ifadə olunmuş ümumbəşəri məhəbbət ideyasını nümunə gətirərək, yığcam və dəqiq  şəkildə belə söyləmişdi: “Digər xalqların bütün əsl humanist mütərəqqi ədəbiyyatları kimi, Azərbaycan ədəbiyyatının da öz  şanlı çoxəsrlik beynəlmiləlçilik ənənələri vardır. Müxtəlif xalqların oğul və qızlarını alovlu məhəbbətlə tərənnüm etmiş Nizaminin dahiyanə əsərləri buna parlaq sübutdur”.

Azərbaycan nizamişünaslığında Heydər Əliyevin müstəsna əməyini qiymətləndirmək üçün bu sahənin inkişaf tarixinə qısaca nəzər salmaq lazım gəlir. Məlumdur ki, Azərbaycan   nizamişünaslığının ilk möhtəşəm mərhələsi, yəni  XX əsrin 40-cı illəri öz monumental töhfələri ilə dünya elmi tarixində yeni bir səhifə açmışdı. 1940-cı illərə nisbətən, sonrakı 1950-1960-cı illər, ilk baxışdan durğunluq, sakitlik dövrü kimi nəzərə çarpsa da, əslində nizamişünaslıq artıq qurulmuş olan sxem əsasında sakit elmi tədqiqlərə keçmiş və nizamişünaslığın vacib problemlərinə həsr olunmuş onlarla monoqrafiyalar yazılmışdı. Lakin Nizami əsərlərinin nəşri  onun irsinin dünya miqyasında tərcümə və təbliği işində ötən əsrin 40-cı illərinə nisbətən bir durğunluq nəzərə çarpmaqdaydı.

Heydər Əliyevin 1970-ci illərdən başlayan təşəbbüsü və fəaliyyəti sayəsində Azərbaycan nizamişünaslığı öz tarixində ikinci çox möhtəşəm  bir mərhələyə qədəm qoydu. Ulu Öndərin “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərarı ilə nizamişünaslıq elminin tarixində yeni bir dövr başladı. Bu qərarla Nizami Gəncəvi irsinin nəşri, tədqiqi və təbliği işi böyük vüsət aldı, nizamişünaslığın aktual problemlərinin çağdaş dünya elmi səviyyəsində həlli istiqamətində geniş imkanlar açıldı. Şairin həyatı və yaradıcılığının müxtəlif elmi aspektlərdən tədqiqata cəlb olunması, sənətinin dünya fəlsəfəsi  poeziya tarixinə təsirinin öyrənilməsi, həmçinin dünya şərqşünaslıq elmi tərəfindən qiymətləndirilməsi və digər məsələlərin tədqiqi qlobal xarakter aldı.

Bu dövrdə bütövlükdə Nizami mövzusu ədəbi prosesin ən aktual problemlərindən birinə çevrildi. Şairin lirikası və poemalarının Azərbaycan və rus dillərinə filoloji tərcümələri yarandı, əsərləri yenidən işıq üzü gördü.

Heydər Əliyevin 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərarı isə nizamişünaslıq problemlərinin həllini ümumittifaq miqyasında  misli görünməmiş  məcraya yönəltdi. Məhz Ulu Öndərin təşəbbüsü və himayədarlığı ilə 1981-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca Nizamişünaslıq şöbəsi yaradıldı. Şöbəyə rəhbərlik dünyaşöhrətli şərqşünas-alim, professor, əməkdar elm xadimi  Rüstəm Əliyevə həvalə olundu. Heydər Əliyevin xüsusi tapşırığı ilə respublikada, o cümlədən Nizamişünaslıq şöbəsində Nizami Gəncəvi “Xəmsə”sinin yenidən nəşri, şairin əsərlərinin Azərbaycan və rus dillərində  filoloji tərcümələri və həyatının, ədəbi mühitinin və yaradıcılığının tədqiqi sahəsində qızğın getdi.  O zaman ayda bir dəfə   şöbə rəhbəri  Rüstəm Əliyev  Mərkəzi Komitənin İdeoloji məsələlər üzrə katibinə hesabat verir və nizamişünaslıq sahəsindəki  işlərin gedişi haqqında Heydər Əliyevə məruzə edirdi.

Bu dövrdə görülən monumental işlər haqqında təsəvvür yaratmaq üçün onların bəzilərini qeyd etmək kifayətdir: Nəşrlər: Nizami “Xəmsə”si üzrə ayrı-ayrı poemaların Azərbaycan və rus dillərinə filoloji tərcümələri. (tərcüməçilər: R.Əliyev, M.Əlizadə, H.Məmmədzadə, Q.Əliyev, Z.Quluzadə, V.Aslanov, X.Yusifov  və başqaları); tədqiqatlar: R.Azadə. “Nizami Gəncəvi. Həyatı  və sənəti”, Nüşabə Araslı. “Nizamitürk ədəbiyyatı” (Bakı,1979), A.Hacıyev. “RenesansNizami Gəncəvi poeziyası” (Bakı,1980), M.Cəfər. “Nizaminin fikir  dünyası” (Bakı,1982), X.Yusifov. “Şərqdə intibahNizami Gəncəvi” (Bakı, 1982), R.Əliyev. “Nizami. Azərbaycan, rusingilis dillərində biblioqrafik məlumat” (Bakı,1983) və “Ölməz məhəbbət dastanı” (Bakı,1984), X.Hüseynov. “Nizaminin “Sirlər xəzinəsi” (Bakı,1983), Ç.Sasani. “NizamininLeyli və Məcnun”poeması” (Bakı,1985) , M.Kazımov. NizamininYeddi gözəl” poeması və XIV-XVI əsrlər farsdilli ədəbiyyatda nəzirə ənənəsi” (Bakı,1987), Z.Quluzadə. “Şərq mədəiyyəti tarixinin nəzəri problemləri və nizamişünaslıq” (Bakı,1987), C.V.Qəhrəmanov və K.Allahyarov.”Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” (Bakı,1987) və sair.

Nizami əsərlərinin ümumittifaq miqyaslı nəşrləri: Nizami. Şeirlər poemalar. (Leninqrad,1981), Nizami Gəncəvi. Seçilmiş əsərləri. 5 cilddə (Moskva, “Xudojestvennaya literatura”, 1985) Həft peykər”, elmi-tənqidi mətn: T.Məhərrəmov (Moskva,1987).

Həmçinin bu illərdə Nizaminin dünya şərqşünaslığında öyrənilməsi problemi üzrə neçə-neçə tədqiqat işləri yazıldı.

Əslində görülən işlərin hamısı sadə yolla həll olunmurdu. Onların arxasında böyük məsuliyyət dayanırdı. O zaman respublikamız sovetlər birliyinin tərkibində idi. Hər bir irimiqyaslı nəşrlər tədbirlər müxtəlif mərhələlərdən keçməli olurdu. Bu respublika rəhbərliyindən böyük iradə, ağır zəhmət   güclü vətənpərvərlik tələb edirdi. Heydər Əliyev özü bu hadisələri 1993-cü il 21 sentyabrda Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə xatırlayaraq söyləyirdi: “1981-ci ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.

 Nizami əsərlərinin dünya miqyasında nəşrinin keyfiyyəti məsələsi həmişə Ulu Öndəri düşündürürdü. Həmin nitqində Heydər Əliyev söyləyirdi: “Təsəvvür edin, əgər biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa, yaxud da Qərb ölkələrinin, o cümlədən İngiltərənin kitabxanalarında, muzeylərində vaxtilə onun yaradıcılığını təhlil edən alimlər müəyyən əsərlər yazmışlarsa, Azərbaycanda 1948-ci ildən sonra dahi şairimizin əsərləri lazımi səviyyədə çap olunmamışdı. Nizami Gəncəvinin əsərlərinin Moskvada rus dilində nəşr olunması barədə qərar qəbul edilmişdir. Lakin sonra öyrəndik ki, “Xudojestvennaya literaturanəşriyyatında bu əsərlər çap olunmamışdır. Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq, xalqıma xidmət kimi deyə bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami GəncəvininXəmsə”sinə daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim. Lakin Moskvada mənə dedilər ki, Nizaminin əsərlərinin rus dilinə tərcüməsi istənilən səviyyədə deyildir. O zaman Mirzə İbrahimovdan başqalarından xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm, görün etmək olar ki, Nizami Gəncəvinin əsərləri rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar isə buna etiraz edirdilər... Nizaminin əsərlərini böyük çətinliklə Moskvada nəşr etdirdik. Sonra mən Bakıya gələrkən Nizami muzeyinə getdim gördüm ki, şairin beş əsərinin hamısı orada nümayiş etdirilir”.

Heydər Əliyev müstəqillik dövründə Nizaminin 850 illik yubileyinin  keçirilməsini qiymətləndirərkən 1940-cı illərdən sonra görülən işləri hələ kifayət hesab etmir, Nizami irsinin təbliğ tədqiqini mütəmadi şəkildə aparmağı vacib bilərək deyirdi: “Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. Lakin1948-ci ildən ötən 50 ilə yaxın vaxtda biz onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik.

Respublikada keçirilən bütün mədəniyyət tədbirlərində nizamişünaslığın problemləri Heydər Əliyevi düşündürürdü.  Ulu Öndər “1947-ci ildə keçmiş sovetlər birliyində kartoçka sisteminin tətbiq olunduğu bir dövrdə Nizaminin yubileyinin keçirilməsini əsl fədakarlıqkimi qiymətləndirir müstəqillik dövründə bu işi davam etdirməyi tövsiyə edirdi. Onun sərəncamı rəhbərliyi ilə 1999-cu ildə türkdilli abidəmiz olanKitabi-Dədə Qorquddastanının 1300 illik yubileyi üzrə təşkil olunmuş Dövlət Komissiyasının iclasında söyləyirdi: “Biz keçmiş zamanlarda böyük minnətdarlıq hissi ilə qeyd edirdik ki, İkinci Dünya müharibəsi, Vətən müharibəsi gedən zaman, Leninqrad  blokadada  olduğu dövrdə orada Nizaminin 800 illik yubileyi keçirilmişdir... Bu tarixdir, həqiqətdir. Biz indi müstəqil dövlətik. Müstəqil dövlət kimi xalqımızın milli köklərini, tarixini, qədim mədəniyyətini, böyüklüyünü öz vətəndaşlarımıza da, bütün dünyaya da göstərməliyik, təbliğ etməliyik”.

O, təkcə nizamişünaslıqda deyil, ümumiyyətlə, bütün sahələrdə elmi qüvvələr potensialının vacibliyini vurğulayır, tədqiqatçı alimlərin zəhmətini yüksək qiymətləndirirdi. “Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir”, - deyə həmişə elmi mütəxəssislərə arxalanırdı.

Bir məsələni qeyd etmək vacibdir ki, Gəncədə Nizami Gəncəvi  məqbərəsinin bərpa olunaraq yenidən qurulması Heydər Əliyevin onun varisinin adı ilə bağlıdır. Hazırda Gəncədəki möhtəşəmXəmsəabidə kompleksi, zənnimcə, hər bir azərbaycanlının qürur mənbəyidir.

Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri İhsan Doğramacının 2003-cü ildə söylədiyi  çox qiymətli fikirlərini xatırlamaq yerinə düşər: “Heydər Əliyev  fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan  böyük  şəxsiyyətdir”.

 

Zəhra ALLAHVERDİYEVA

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.10.