Naftalanda Ulu Öndərin xatirəsinə ehtiram göstərilmişdir
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə Naftalanda videokonfrans keçirilmişdir.
YAP Naftalan şəhər təşkilatı nümayəndələrinin, eləcə də şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən konfransın açılışında Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək diqqətə çatdırmışdır ki, hələ sovetlər birliyi dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlığı nəticəsində Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilmişdir.
Sonra söz videokonfrans iştirakçılarına verilmişdir. Onlar çıxışlarında bu
dahi şəxsiyyətin
şərəfli ömür
yoluna nəzər salaraq Azərbaycan
xalqı üçün
müstəsna xidmətlərini
yada salmış, gördüyü işlərlə
xalqımızın yaddaşında
əbədi yaşayacağını
qeyd etmişlər. Ulu Öndərin layiqli davamçısı,
Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə
yetirərək 44 günlük
Vətən müharibəsində
mənfur düşmənin
işğalına son qoyulmasından,
bununla da Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsindən
danışmışlar.
Sonda məktəblilərin ifasında
“Sən elə bir zirvəsən” adlı ədəbi-bədii
kompozisiya nümayiş
etdirilmişdir.
Sabir ƏLİYEV
Azərbaycan.- 2021.- 12 dekabr.- S.10.