Tarix yaradan şəxsiyyət

 

Bu gün tarixinin ən qüdərtli dövrünü yaşayan müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi - dünyaya günəş kimi doğan bir ölkə kimi tanınmaqdadır.

2021-ci ildə dövlət müstəqilliyimizin bərpasının 30 illiyini sevincqürur hissi ilə qeyd etdik. Bu müstəqilliyi qazandıqdan sonra xalqımız çox məşəqqətli günlər yaşamış, torpaqlarımızın 20 faizi işğal edilmiş və hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşmişdik. 2020-ci ildə isə Qarabağı işğaldan azad edən Azərbaycan zəfəri fəxarətlə qeyd etdi.

Amma bütün bu uğurlar heçasan əldə edilməyib. Müstəqilliyin bərpasından sonra yaşanan xaos ölkəmzi uçuruma yuvarlayırdı. Xalqın yeganə pənah yeri isə Ulu Öndər Heydər Əliyev idi. Ümummilli Lideri yaxından tanıyan, siyasətinə bələd olan insanlar əmin idilər ki, Azərbaycanı yanlız Heydər Əliyev dühası xilas edə bilər. Məhz belə də oldu.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədəki bütün daxili çəkişmələrə, hərc-mərcliyə son qoydu. Azərbaycanı yeni inkişaf mərhələsinə çıxartdı. Yeni neft strategiyası həyata keçirildi. Ölkənin sənaye, kənd təsərrüfatı sahələrinin inkişafı ön plana çəkildi, yeni istehsal müəssisələri yaradıldı. Bir sözlə, xalqın rifahının yüksəldilməsi dövlətin əsas məqsədi oldu. Ulu Öndər, demək olar, bütün sahələr üzrə islahatlar aparmaqla Azərbaycanın xilaskar lideri oldu. Onun dərin zəkası və uzaqgörən siyasəti həyatın bütün sahələrini əhatə etdi, gənclərin təhsili, ordu quruculuğu, elm və mədəniyyətin inkişafı xüsusi diqqət mərkəzində saxlanıldı.

Hər bir millətin tarixində onu irəli aparan bir lider olur. Azərbaycan xalqının taleyinə düşən böyük şəxsiyyətlər arasında isə Ulu Öndər Heydər Əliyevin yeri tam başqadır. Azərbaycana iki dəfə başçılıq etmiş bu dahi şəxsiyyət 1979-1987-ci illərdə ölkəmizi keçmiş SSRİ məkanında ən qabaqcıl respublikalar sırasına yüksəltmişdi.

Sanki tale Ulu Öndəri yenidən bu xalqa qaytararaq müstəqilliyimizin bərpasında yolumuza işıq tutan bir məşəl kimi qarşımıza çıxardı. 1994-cü il sentyabrın 20-də imzalanmışƏsrin müqaviləsineft sənayesinin inkişafına təkan verməklə dövlətin möhkəmləndirilməsində uğurlu addım oldu. Bu müqavilə Azərbaycanın inkişafının təməl daşı hesab edilir.

2003-cü ildən isə bu uğurlu siyasəti onun layiqli varisi Prezident İlham Əliyev 18 ildə elə yüksək formada həyata keçirdi ki, Azərbaycan güclü, sözükeçən qüdrətli dövlətə çevrildi. Cənab İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Hücum diplomatiyası siyasəti apardı sonunda işğalçı Ermənistanda meydanda təkbətək savaşa atılıb Qarabağı 28 ildən sonra düşmən tapdağından azad etdi. Xalqımızın 30 illik həsrətinə son qoydu, üzərimizdəki ləkəni təmizləyərək ömürlük ürəklərdə öz taxtını qurdu.

Əgər Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən qurtarıb yeni inkişaf yoluna çıxardısa, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycanı qüdrətli dövlətə, Cənubi Qafqazın liderinə çevirdi.

Prezidentin bütün sahələrdə həyata keçiridiyi islahatlar gənclərə yol açdı. Məhz bunun nəticəsidir ki, ölkəmizdə yüksək savada malik, üstün idarəçilik qabiliyyəti olan minlərlə gənc mütəxəssislər yetişdi bu gün müxtəlif sahələrdə gənclər ən yüksək vəzifələrdə çalışırlar.

44 günlük Vətən savaşında da əlinə silah alıb düşməni torpaqlarımızdan qovanların mütləq əksəriyyəti gənclər idi. Müstəqillik dövründə yüksək vətənpərvərlik tərbiyəsi ilə böyüyən gənclər Ali Baş Komandanındəmir yumruğualtında birləşib torpaqlarımızın azadlığı uğrunda savaşa qalxdılar.

Vətən müharibəsindəki şanlı qələbə Ulu Öndər Heydər Əliyevin vahid komandanlı ordu quruculuğunun təntənəsi hesab olunmalıdır. Çünki Azərbaycan Silahlı Qüvvələrinin yeni inkişaf mərhələsinə yüksəlməsi Ulu Öndərin adı ilə bağlıdır. Ali Baş Komandan İlham Əliyev isə bu ordunun arsenalını, maddi-texniki təchizatını gücləndirməklə dünyanın 50 ən güclü ordusu sırasına yüksəltdi.

Bu gün qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevinşah əsəri”dir desək yanılmarıq. Prezident İlham Əliyev isə ən layiqli varis kimi bu ölkəni daha böyük zəfərlərə doğru aparır.

 

Mirhaşim CALALOV,

Vətən müharibəsi iştirakçısı,

həkim

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.11.