Nazirlər Kabineti xüsusi
karantin rejimində ictimai
iaşə, xidmət müəssisələrinin fəaliyyəti
və peyvəndlənməyə dair Qərar
qəbul edib
Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin
aradan qaldırılması
ilə bağlı əlavə tədbirlər
barədə Qərar
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Qərarda aşağıdakılar
müəyyən edilib:
2021-ci il
dekabrın 13-dən etibarən
hamam xidmətləri göstərən obyektlərin
fəaliyyəti bərpa
edilir.
Hamam xidmətləri göstərən
obyektlərin xidmətlərindən
yaşı 18-dən aşağı
olan şəxslər
istisna olmaqla, yalnız COVID-19-a qarşı
ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi
olan, yaxud COVID-19-a qarşı peyvəndə
əks-göstərişi müəyyən
edən əks-göstəriş
sertifikatı olan şəxslər istifadə
edə bilər.
İctimai iaşə
obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən
2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət
göstərməsinə icazə
verilir.
Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçirilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. Həmin tələblər aşağıdakılardır:
1) şənlik mərasimlərində qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;
2) 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
3) şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;
4) şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.
Bu tələblər pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.
2022-ci il fevralın 1-dən etibarən dövlət
orqanlarının (qurumlarının) bütün
əməkdaşlarının, mülkiyyət formasından
asılı olmayaraq bütün
tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin
(əmək və ya mülki
müqavilələrlə işləməsindən
asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və
bəzi məhdudiyyətlərin aradan
qaldırılması ilə bağlı tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində
nəzərdə tutulan iş və
xidmət sahələrinin bütün
işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi,
yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi
müəyyən edən əks-göstəriş
sertifikatının olması tələb olunur.
Azərbaycan.- 2021.- 12 dekabr.- S.2.