Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2022-ci il üzrə büdcə layihəsi, DNF-in İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.
İclasda
Dövlət Neft Fondunun
2022-ci il üçün
büdcə layihəsinin Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsi barədə qərar qəbul
olunub.
Azərbaycan.-
2021.- 14 dekabr.- S.3.