“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə 580; 2002, ¹ 10, maddə 586; 2005, ¹ 5, maddə 391, ¹ 6, maddə 464; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 12, maddə 1005; 2007, ¹ 8, maddə 745; 2013, ¹ 11, maddə 1314; 2014, ¹ 12, maddə 1524; 2015, ¹ 2, maddə 78, ¹ 11, maddə 1297; 2017, ¹ 12 (I kitab), maddə 2191; 2019, ¹ 2, maddə 180, ¹ 5, maddə 797, ¹ 6, maddə 993, ¹ 8, maddə 1382; 2020, ¹ 5, maddə 509) 8.2.4-cü maddəsinə “özəlləşdirmədən qabaq” sözlərindən əvvəl “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 noyabr 2021-ci il
Azərbaycan.- 2021.- 14 dekabr.-
S.4.