“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanununun  tətbiqi və  Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və  32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli  Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 8.2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan İnvestisiya Holdinqi nəzərdə tutulur.

2. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 605; 2001, ¹ 10, maddə 640; 2006, ¹ 7,  maddə 590; 2010, ¹ 7, maddə 610) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1.  “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 6.1.3-cü, 8.2.4-cü, 8.3-cü, 9.5-ci, 14-cü, 18.2-ci, 19.2-ci, 20.2-ci və 21.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 7.3-cü və 9.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 8.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir;

2.5. həmin Qanunun 8.2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan İnvestisiya Holdinqi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 606; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 4 (II kitab), maddə 189, ¹ 10, maddə 592; 2003, ¹ 10, maddələr 566, 569; 2004, ¹ 6, maddə 432; 2005, ¹ 5, maddələr 400, 403, 405; 2006, ¹ 7, maddə 590, ¹ 8, maddə 678, ¹ 9, maddə 742; 2007,  ¹ 11, maddə 1097, ¹ 12, maddə 1246; 2008, ¹ 7, maddə 613; 2009, ¹ 3, maddə 163, ¹ 10, maddə 788, ¹ 12, maddə 990; 2010, ¹ 6, maddə 498, ¹ 7, maddə 610; 2016, ¹ 2 (II kitab), maddə 233, ¹ 3, maddə 438; 2017, ¹ 7, maddə 1352, ¹ 11, maddə 2032; 2019, ¹ 6, maddə 1036; 2020, ¹ 4, maddə 397; 2021, ¹ 6 (I kitab), maddə 567) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 15.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“15.2. Müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması məqsədilə II Dövlət Proqramının 15.1-ci bəndində tətbiq edilməsi nəzərdə tutulan tədbirlər həmin Proqramın 2.2-ci bölməsində göstərilən müəssisələr üçün Azərbaycan Respublikası Prezidentinin qərarı ilə, həmin Proqramın 2.3-cü bölməsində göstərilən müəssisələr üçün isə Dövlət Komissiyasının qərarı ilə dövlət əmlakının idarə edilməsinə dair normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilir və idarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi, digər hallarda isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.”.

4. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 599; 2009, ¹ 3, maddə 163; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 7, maddə 1260, ¹ 8, maddələr 1377, 1384; 2017, ¹ 6, maddə 1080; 2018, ¹ 6, maddə 1200) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.2. 7.2-ci və 7.3-cü bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.3. aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Bu Fərmandan irəli gələn məsələlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” 2020-ci il 7 avqust tarixli 1120 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanları və həmin fərmanlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlar nəzərə alınmaqla həyata keçirilir.”;

4.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” üzrə:

4.4.1.  5.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi”  sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.4.2. 6.4-cü (hər iki halda), 6.6-cı, 6.7-ci bəndlərdə, 6.8-ci bəndin birinci cümləsində, 6.9-cu, 6.13-cü bəndlərdə, 7.3-cü bəndin birinci cümləsində, 7.4-cü, 7.7-ci bəndlərdə, 7.8-ci bəndin birinciikinci abzaslarında, 7.9-cu bənddə, 7.12-ci bəndin ikinci cümləsində, 7.14-cü, 7.15-ci, 7.17-ci bəndlərdə, 8.1-ci bəndin birinci abzasında, 9.2-ci bəndin birinci abzasının birinciikinci cümlələrində və 9.3-cü bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.4.3. 9.1-ci bənddə “icra hakimiyyəti orqanları” sözləri “dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;

4.4.4. 10.3.1-ci yarımbəndin altıncı abzasına “müəssisələrin” sözündən sonra “(Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla)” sözləri əlavə olunsun və həmin yarımbənddə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.4.5. 10.3.2-ci  yarımbənddə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.5. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi”  sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.6. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları” üzrə:

4.6.1. 3.1-ci bənddə “Dövlət” sözü “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələri istisna olmaqla, dövlət” sözləri ilə,  “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İdarəetməsinə verilmiş dövlət müəssisələrinə münasibətdə Dövlət Xidmətinin bu Qaydalarla müəyyən edilən səlahiyyətlərini Azərbaycan İnvestisiya Holdinqi həyata keçirir.”;

4.6.2.  3.2-ci bəndin birinci cümləsində, 3.3-cü bənddə, 3.4-cü bəndin birinciikinci (hər iki halda) abzaslarında, 3.5-ci bəndin birinci abzasında, 3.6-3.8-ci və 4.2-4.6-cı bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.7. həmin Fərmanla təsdiq edilmiş “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları” üzrə:

4.7.1. 1.5-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi”  sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.7.2. aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Bu Qaydalar Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinə şamil edilmir.”;

4.7.3.  2.1-ci, 2.2-ci və 3.8-ci bəndlərdə, 4.2-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

4.8. həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” üzrə:

4.8.1. 12-ci hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi”  sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

4.8.2. 16-cı hissənin dördüncü abzasının birinciikinci cümlələrində, 17-ci hissənin birinci cümləsində, 27-ci hissədə, 28-ci hissənin on birinci abzasında,  30-cu hissədə, 31-ci hissənin birinciikinci cümlələrində, 33-cü hissədə, 34-cü hissənin birinciikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 14 dekabr.- S.4.