“Soyuq əllər, isti
ürək” xeyriyyə yarmarkasının rəsmi
açılışı olub
Dekabrın 13-də Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Nargis” Fondunun və jurnalının fəaliyyətə başlamasının 9-cu ilinə təsadüf edən builki yarmarkanın açılış mərasimi əyləncəli musiqili paradla başlayıb.
Əvvəlcə “Nargis” Fondunun rəhbərliyi və qonaqlar yarmarkanın ərazisində quraşdırılmış satış evləri ilə tanış olublar.
Sonra tədbir şou-proqramla davam edib. 71 evdən
və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək
2022-ci il yanvar ayının 15-dək
davam edəcək. Hər il
olduğu kimi, yarmarka sponsorlarının
maliyyə dəstəyi
və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən
əziyyət çəkən
uşaqların müalicə
və əməliyyat
xərclərinin qarşılanmasına
sərf ediləcək.
Xeyriyyə yarmarkasının
qonaqları eksklüziv
suvenirlər, hədiyyələr
əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə
isinə, sevdikləri
ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər. Fondun fəaliyyəti barədə
ətraflı məlumat
və “Soyuq əllər, iti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri
rəsmi sosial şəbəkə resurslarından
əldə etmək mümkündür.
Qeyd edək ki, tədbirin rəsmi tərəfdaşları
Bakı Şəhər
İcra Hakimiyyəti,
“Azərişıq” ASC, Bakı
Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Mediline
Group Assistance”, “Paşa Holdinq”
təhlükəsizlik xidmətidir.
Xeyriyyə yarmarkası
sponsorlar “PAŞA Holdinq”,
“Azercell”, “Coca-Cola”, “Boutique One”, “XırtaXırt”, “AzPromo”,
“Made in Azerbaijan”, “ASCO”, “Muğanbank”, “Kalinka”, “Shokki Mokki”, “Azərçay”,
“Super Sun” şirkətlərinin dəstəyi ilə keçirilir.
Xatırladırıq ki, “Nargis” Fondu
2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən
təsis edilib. 2013-cü
ildən etibarən Fond tərəfindən
“Soyuq əllər, isti
ürək” qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil
edilir. Azərbaycanın müxtəlif
bölgələrində yaşayan və
ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq əllər, isti
ürək” yarmarkası sayəsində toplanan
vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri
haqqında ətraflı məlumat Fondun rəsmi
saytı və sosial şəbəkələrində
paylaşılır. 2020-ci ildə həm bahar,
həm qış xeyriyyə yarmarkalarının keçirilməsi
xüsusi karantin rejimi səbəbi ilə təxirə
salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Nargis” Fondu qeydiyyata
aldığı ailələrə kömək etməyə davam etdi, bu
müddət ərzində 50-dən çox
uşaq xeyriyyəçilərin və
şəxsən Fond rəhbərliyinin
maliyyə dəstəyi ilə müalicə və əməliyyata
göndərildi. Karantin rejimi qaydalarının qorunmasına və
gözlənilməsinə yarmarka
iştirakçıları, habelə birbaşa
Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.
Azərbaycan.- 2021.- 14 dekabr.- S.7.