UğurlarQarabağ

 

Ağdamın futbol komandası “Qarabağ” UEFA Konfrans Liqasınınpley-off-undaFransa “Marsel”iilə qarşılaşacaq

 

Dünya bu gün özünün elə bir inkişaf mərhələsinə çatıb ki, istənilən dövlətin uğurunu onun kompleks nailiyyətləri müəyyənləşdirir. Yəni, təkcə iqtisadi, diplomatik, siyasi uğurlar hansısa dövləti tam güclü hala gətirmir. Bunları digər sahələr, məsələn, cəmiyyətin rifah halı, mədəniyyət, idmanbaşqa sahələrdə də zəfərlər tamamlamalıdır. Həmin sahələr üzrə qazanılan nailiyyətlər dövlətin gücünə güc qatır, onu daha böyük uğurların sahibinə çevirir.

Bu mənada hər bir istiqamət üzrə qazanılan qələbə dövlət, cəmiyyət üçün çox əhəmiyyətlidir. Necə ki, “Qarabağfutbol klubunun uğurları yalnız futbol bayramına çevrilmir, xalqımızın qürur, iftixar mənbəyi kimi qəbul edilir.

Qarabağklubu, onun baş məşqçisi Qurban Qurbanov, sözün əsl mənasında, Azərbaycan idmanında, onun dünyada sözünü deməsində böyük işlərə imza atmaqdadır. UEFA Konfrans Liqasının pley-off mərhələsinə çıxmaqla Azərbaycan futbol tarixində bir ilkə imza atan Ağdam klubu bu nailiyyətə  gərgin zəhməti, əzmlə çalışmağı nəticəsində nail olub.

Cəmiyyət də bu rəyi birmənalı təqdir edir. Bu günQarabağ” Azərbaycanın ən populyar futbol klubudur. Elə Azərbaycanın sərhədlərindən kənarda da ən çox tanınan futbol komandası məhz “Qarabağ”dır.

Dünən Prezident İlham Əliyev də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağklubunun üzvlərini qəbul edərkən xüsusi olaraq vurğulayıb ki, Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq, doğrudan da, böyük nailiyyətdir. Səkkizdəbir final mərhələsinə də birbaşa çıxmaq imkanı olsa da, hakim ədalətsizliyi buna imkan vermədi. Dövlət başçısı dedi ki, bu, birinci dəfə deyil ki, “Qarabağfutbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir.

Prezident İlham Əliyev bildirib ki, həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Qarabağ adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz: Bir daha demək istəyirəm, nəzərə alsaq ki, uzun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işğal altında idi, hər qələbə, “Qarabağfutbol klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək xalqımızı sevindirəcəksiniz”.

Beləliklə, “Qarabağ” təkcə futbol oynamır, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırır. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, mübarizliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi.

Vədlərini əməldə reallaşdıran Qurban Qurbanov isə hələ heç vaxt ayrı-seçkilik etməyib. İstər səlahiyyətlilər olsun, istərsə də sıravi azarkeşlər, istərsə də digər klublar, hamısını özününkü sayıb, doğma yanaşıb, hörmət və ehtiram göstərib. Milli komandadan gedişindən sonra isə yenə əvvəlki ampluasında olduğunu göstərib.

İndi isə gəlin “Qarabağ”ın pley-off mərhələsinə yüksələnə kimi hansı komandalarla qarşılaşdığını bir daha xatırladaq.

Mübarizəyə UEFA Konfrans Liqasının 2-ci mərhələsindən başlayan komandamızın rəqibi İsrailinAşdodklubu oldu. Bakıda qolsuz heç-heçəyə razılaşan Ağdam klubu səfərdə 1:0 hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində rəqib isə Cənubi Kiprin AEL komandası idi. Səfərdən 1:1 hesablı nəticə ilə qayıdan “Qarabağ” evdə qalib gələrək (2:1) pley-off-a vəsiqə qazandı.

Qrup mərhələsinə gedən yolda isə son rəqib ŞotlandiyaAberdini idi. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:0 hesabı ilə qalib gələn ağdamlılar səfərdə də qələbəyə sevinərək qrup mərhələsinə yüksəlməyi bacardılar-3:1.

Qrup mərhələsində H qrupunda yer alanQarabağ” İsveçrə “Bazeli, Qazaxıstan “Kayrat”ı  Kipr “Omoniya”sı ilə mübarizə apardı. Qrupun ilk qarşılaşmasında Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya Stadionunda İsveçrə “Bazel” ilə üz-üzə gəldilər. Komandamızın bütün cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmadı.

Qrup mərhələsinin 2-ci turundaQarabağ” Kiprdə “Omoniya” ilə qarşılaşdı. Daha baxımlı oyun nümayiş etdirən ağdamlılar 4:1 hesabı ilə qələbə qazandılar. Növbəti görüşə - “Kayratla matça böyük maraq var idi. Hesabda geri düşməsinə baxmayaraq, təmsilçimiz  nümayiş etdirdiyi əzmkar oyunu ilə 2:1 hesabı ilə qalib gəldi. Komandamızın növbəti səfəri Qazaxıstana idi. Almatıda kəskin soyuq hava şəraiti altında keçən qarşılaşmadan da 2:1 hesablı qələbə ilə ayrılan Ağdam klubu qrupda xallarının sayını 10-a yüksəldərək həm liderliyə yüksəldi, həm də pley-off mərhələsinə vəsiqəni təmin etdi.

Növbəti sınaq evdə “Omoniya” ilə oldu. Görüşdən 2:2 hesablı nəticə ilə ayrılan komandamız qrup liderliyi üçün sonuncu turda İsveçrədə “Bazel”lə qarşılaşdı. Matça  üstün başlayan “Qarabağ”ın vurduğu top qapı xəttini bir metr keçsə də, xorvatiyalı hakim bunu görmək istəmədi. Belə ki, komandamızın təmiz qolu qeydə alınsaydı, bəlkə də “Bazel” futbolçuları oyundan daha tez düşəcəkdilər. Bir sözlə, bu qərar Ağdam təmsilçisinin bəlkə də qrupda liderliyə yüksəlməsini süni şəkildə əngəlləmiş oldu. Böyük təəssüf hissi ilə vurğulayaq ki, Azərbaycana qarşı ikili standartlar artıq idmana da tətbiq olunur. Xorvatiyalı hakimlər briqadasının bu ədalətsizliyi milyonlarla tamaşaçının gözləri qarşısında baş verdi.

Yekunda komandada böyük ruh düşkünlüyü yarandı. Səfərdə 0:3 hesabı ilə uduzanQarabağ” H qrupunu 2-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəldi. Komandamızın rəqibi isə dünən UEFA Avropa Liqasında öz qrupunda 3-cü yeri tutan klublardan biri oldu.

Püşkatmanın nəticəsinə əsasən “Qarabağ” Fransanın “Marsel” komandası ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu  gələn il fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də Bakıda keçirəcək.

Uğurlar, “Qarabağ!”

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2021.-14 dekabr.- S.1; 7.