Azərbaycan Avropa
İttifaqının sülh
çağırışlarını təqdir edir
Dekabrın 14-də Brüsseldə işgüzar
səfərdə olan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel arasında görüş
olub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Avropa İttifaqı
Şurasının Prezidenti
Şarl Mişel dövlətimizin başçısı
İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi.
Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və
demarkasiyası ilə bağlı məsələlər
müzakirə olundu. Eyni
zamanda, kommunikasiyaların
açılması, humanitar xarakterli məsələlər və digər
mövzular ətrafında geniş
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2021.-15 dekabr.- S.2.