Baş nazir Əli Əsədov
Gürcüstanın iqtisadiyyat və
davamlı inkişaf naziri
ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 14-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.
Bakıda
keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə
toxunularaq tədbirdə aparılan
müzakirələrin və imzalanan sənədlərin
üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın
ayrı-ayrı istiqamətlərdə inkişaf
etdirilməsinə töhfə verəcəyinə əminlik
ifadə edildi.
Azərbaycan.-
2021.- 15 dekabr.- S.3.