Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin korrupsiyaya
qarşı mübarizəyə dair
yüksək səviyyəli sessiyasında iştirak
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsinə uyğun olaraq prokurorluq orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində mövcud kompleks tədbirlərin ayrılmaz tərkib hissəsi olan beynəlxalq əməkdaşlıq əlaqələri daim inkişaf etdirilməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 13-də Misir Ərəb Respublikasının Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assambleyasının 9-cu sessiyası işə başlayıb.
Ümumilikdə 192 dövlətin hökumət başçıları, ali dövlət rəsmiləri və 15 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxslərinin bir araya gəldikləri tədbirdə sözügedən konvensiyanın üzv ölkələrdə icra vəziyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər və bu kontekstdə reallaşdırılan islahatlar, eləcə də ortaya çıxan problemlərin həlli yolları müzakirə olunub.
Hibrid formatda keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Prokurorluq, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti əyani, habelə video-konfrans formatında təmsil edib.
Konfransda çıxış edən Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə əldə edilmiş milli təcrübənin spesifik xüsusiyyətlərini müxtəlif aspektlər üzərindən diqqətə çatdıraraq, mövcud siyasi iradəyə uyğun şəkildə ölkəmizdə icra edilmiş instusional və hüquqi yeniliklərdən bəhs etmiş, cinayət-hüquqi icraatlarda əmlak müsadirəsi və vurulmuş ziyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə dair nümunələr göstərmiş, bütün bunların balanslı anti-korrupsiya siyasətinin gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib.
Eyni zamanda, çıxışında şanlı Zəfərlə nəticələnən haqq mübarizəmizə toxunan nümayəndə heyətinin rəhbəri işğal altında olan ərazilərimizin ötən il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi ilə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin açıldığını, belə ki, xarici və yerli investorların yeni infrastruktur layihələrinə cəlb edildiyi həmin ərazilərdə şəffaflıq və korrupsiyadan azad mühit kimi komponentlərin tam bərqərar edildiyini vurğulayıb.
Dekabrın 14-də sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi” mövzusunda xüsusi tədbir keçirilib.
Panel müzakirə formatında keçirilən hibrid tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.
Ölkəmizin korrupsiyaya qarşı mübarizədə növbəti dörd il üçün hazırlanan hədəfli milli fəaliyyət planından danışan Baş prokuror bu istiqamətdə aparılan preventiv və cəza tədbirləri haqda məlumat vermişdir. Kamran Əliyev korrupsiyaya qarşı mübarizə və onun tərkib hissəsi olan aktivlərin bərpası sahələrində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edərək, müxtəlif beynəlxalq alətlərin və ikitərəfli qaydada əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb.
Baş prokuror xüsusilə qeyd edib ki, ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollarından artıq qanunsuz vəsait toplanıb. Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə olunub.
Daha sonra tədbir panel müzakirələri ilə
davam edib.
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Beynəlxalq
təhlükəsizlik idarəsinin
rəisi Yalçın
Rəfiyev ölkəmizin
sədrlik etdiyi Qoşulmama Hərəkatı
adından çıxış
edərək Hərəkat
üzvlərinin korrupsiyanın
qarşısının alınmasında
və korrupsiyaya qarşı mübarizədə
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına
verdiyi önəm, korrupsiyanın təhlükəsizlik,
davamlı inkişaf və insan hüquqlarının
qorunmasına mənfi
təsiri, eləcə
də innovativ yanaşmalar və texnoloji yeniliklərdən
istifadə ilə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti
barədə konfrans iştirakçılarını məlumatlandırıb.
İclasda iştirak
edən tanınmış
beynəlxalq mütəxəssislər,
o cümlədən UNODC-nin
korrupsiyaya qarşı
mübarizə üzrə
eksperti Vladimir Kozin, Böyük Britaniyanın
“Greenacre” qeyri-hökumət
təşkilatının həmtəsisçisi
Ben Evans, Qeyri-kommersiya hüququ
üzrə Avropa Mərkəzinin vitse-prezidenti
Natalia Bourjalia və Azərbaycan Respublikası
Maliyyə Monitorinqi Xidmətinin Departament direktoru Fuad Əliyev bəzi xeyriyyə fondları və digər qeyri-kommersiya təşkilatları
tərəfindən həyata
keçirilən ianə
toplanması kampaniyalarının
korrupsiya və digər cinayətkarlıq
məqsədlərinə xidmət
etdiyini vurğulayıb
və bu cür halların qarşısının alınması
üçün BMT üzv
dövlətlərinə praktiki
tövsiyələrin hazırlanmasını
təklif ediblər.
Bu xüsusda
Azərbaycan nümayəndəsi
tərəfindən 44 günlük
Vətən müharibəsi
dövründə xaricdə
fəaliyyət göstərən
erməni diaspor təşkilatları tərəfindən
humanitar fəaliyyət
adı ilə erməni əsilli şəxslərdən toplanan
böyük həcmdə
vəsaitin korrupsiya və digər cinayətkarlıq məqsədləri
üçün sui-istifadə
edildiyinə diqqət
çəkilib.
Tədbirdə iştirak edən BMT-yə üzv dövlətlərin, beynəlxalq
QHT-lərin, akademik dairələrin və beynəlxalq təşkilatların
nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
Konfrans
işini davam etdirir.
Azərbaycan.- 2021.- 15 dekabr.- S.6.