“Azercell
Biznes” yeni nəqliyyatın idarəolunması
sistemini yaradır
Aparıcı mobil
operator korporativ müştəriləri
üçün əşyaların
interneti (IoT) istiqamətində yenibizneshəllitəqdimedir
Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı
“Azercell Telekom” avtoparka
sahib korporativ strukturlar
üçün ölkənin
mobil rabitə bazarında ilk dəfə
olaraq kompleks şəklində əşyaların
internetinə (IoT) əsaslanan xidmətlər
təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə
verir.
Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə
öz vəsaitləri
və fəaliyyətləri
üzərində daha
optimal nəzarət imkanı
verir. Real zaman
rejimində çalışan
“Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının
verilməsinə və
nəqliyyat avtoparkının
daha səmərəli
şəkildə idarə
olunmasına şərait
yaradır.
“Azercell”in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri:
* Əməliyyat
məsrəflərini azaldır
və nəqliyyat vasitələrinin faydalılıq
dövrünü uzadır;
* Yanacaq sərfiyyatını azaldır
və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını
təkmilləşdirməyə imkan verir;
* Müştəri
xidmətini genişləndirir”;
* Yeni mobil xidmətlərin göstərilməsinə imkan
verir;
* İşçilərin
təhlükəsizliyini və
mühafizəsini artırır;
* Ekoloji məsələləri diqqətdə
saxlayır;
* Kompleks şəklində rabitə
xidmətlərinin vahid
etibarlı tərəfdaş
tərəfindən təmin
edilməsinə nail olur.
Hazırda şirkətlərin avtoparkında
fəaliyyətin səmərəliliyi,
sürücülərin təhlükəsizliyi
və mühafizəsi,
habelə əməliyyat
məsrəflərinin artması
kimi məqamlar sual yaradan əsas
məsələlərdəndir. Bu səbəbdən avtoparkı
olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın
real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin
əsas meyarlarıdır.
Bütün bunları nəzərə
aldıqda “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət
daşıyır. Bu həll
logistika, enerji, kənd təsərrüfatı,
yüngül sənaye
sahələri və
s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət
göstərən şirkətlər
üçün xüsusilə
faydalı olacaq.
“Azercell Biznes” öz abunəçilərinə ən
yaxşı müştəri
təcrübəsi təqdim
etmək üçün
öz peşəkar texniki məsləhətçi
komandası ilə həllin quraşdırılmasını,
texniki xidmət və müvafiq təlimlərin keçirilməsini,
həmçinin sonrakı
dövrdə texniki dəstəyin göstərilməsini
də öz üzərinə götürür.
“Azercell”in
yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycanda
və ölkə sərhədlərindən kənarda
onlara məxsus nəqliyyat vasitələrinin
marşrutuna, qət olunan yolun müddətinə,
yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə,
həll mühərrikin
işi, mexaniki hissələrin vəziyyəti,
hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznesim Nəqliyyat”
həmçinin sürət
həddi, sərt əyləc istifadəsi və ya qısa
zamanda sürət artırma kimi sürücü davranışlarını
qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə
minimal mənfi təsirlə
çalışmasını təmin edir.
“Azercell”in korporativ müştəriləri
“Biznesim Nəqliyyat” həllinin köməyi ilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə
nəzarətdə yeni
səviyyəyə nail olmaqla,
sözün əsl mənasında, səmərəli,
təhlükəsiz, müştəri-yönümlü
və ətraf mühitə faydalı şirkətə çevrilə
bilər.
Azərbaycan.- 2021.- 15 dekabr.- S.8.