Ukrayna Azərbaycan əlaqələri uğurla
inkişaf edir
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dedi:
- Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam.
Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Əlbəttə, çox maraqlıyıq ki, bu əlaqələri daha da genişləndirək.
Əlbəttə ki, şəxsi təmaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaq.
Bu gün biz Sizinlə birlikdə
Şərq Tərəfdaşlığı Zirvə
görüşündə iştirak edəcəyik.
Bu gün işimiz çoxdur.
***
Prezident Volodimir
Zelenski dedi:
- Doğrudur, işimiz çoxdur. Zati-aliləri cənab Prezident,
Sammit çərçivəsində
ayrıca bir görüşün keçirilməsinə
görə Sizə minnətdarlığımı bildirirəm. Ölkənizin siyasətində bizə davamlı olaraq dəstək olduğunuza,
ərazi bütövlüyümüzü
və suverenliyimizi dəstəklədiyinizə görə
Sizə təşəkkürümü
bildirirəm.
İki il bundan əvvəl Azərbaycandakı
görüşümüzlə bağlı çox yaxşı xatirələrim
var. Azərbaycan çox
qonaqpərvər ölkədir.
Fürsətdən istifadə edərək
Sizi Ukraynaya səfərə dəvət
edirəm. Ümid edirdim
ki, Siz bizim
müstəqilliyimizin 30-cu ildönümündə
ölkəmizə səfər
edəcəkdiniz, lakin
COVID-ə görə bu
günlərdə dünyada
vəziyyətin çətin
olduğunu da başa düşürəm.
Lakin müstəqilliyin
30-cu ildönümü bütün
il ərzində
qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb
Ukraynaya gələcəksiniz
və biz Sizin
səfərinizi səbirsizliklə
gözləyəcəyik.
***
Söhbət zamanı, həmçinin
hökumətlərarası komissiyanın fəaliyyəti
qeyd olundu, biznes dairələrinin nümayəndə heyətlərinin
qarşılıqlı səfərləri,
iqtisadi-ticari əlaqələrin
inkişaf etdirilməsi,
xüsusilə enerji sahəsində əməkdaşlıq
barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2021.-16 dekabr.- S.1; 3.