Milli Olimpiya Komitəsi İcraiyyə
Komitəsinin yeni tərkibdə ilk iclası olub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda keçirilən VIII hesabat-seçki Baş Məclisindən sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Azərbaycan.- 2021.-17 dekabr.- S.1.