Ali Radanın deputatı: Azərbaycan və Ukrayna prezidentləri arasında sıx şəxsi münasibətlər iki ölkə əlaqələrinin inkişafına müsbət təsir edir

 

Azərbaycan və Ukrayna prezidentləri  İlham Əliyev və Volodimir Zelenski arasında sıx şəxsi münasibətlər iki ölkə əlaqələrinin inkişafına müsbət təsir edir. Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Svyatoslav Yuraş söyləyib.

Deputat hesab edir ki, iki ölkə arasında əlaqələr 2022-ci ildə də genişlənəcək, birgə regional layihələr həyata keçiriləcək.

Ukrayna və Azərbaycanın strateji tərəfdaşlığı ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Bu, o deməkdir ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə heç bir problem yoxdur. Ukrayna Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”, - deyə Svyatoslav Yuraş əlavə edib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə mövcud olan potensialdan tam istifadə edilməsi üçün əlverişli mühit mövcuddur. Ona görə də adamları birgə layihələrin həyata keçirilməsində maraqlı olmalıdır.

 

Azərbaycan.- 2021.-17 dekabr.- S.2.