Zəngəzur dəhlizi layihəsi üzrə
ANAMA-nın minatəmizləmə işlərinin
işıqlandırılmasına dair mediatur keçirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Zəngəzur dəhlizi layihəsinin bir hissəsi olan Horadiz–Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğuların təmizlənməsi işlərini davam edir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları Agentlik, eləcə də Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyunca yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.
Horadiz–Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari il avqustun 31-də başlayıb.
Sifarişə əsasən, avtomobil yolunun 22-ci kilometrliyindən 36-cı kilometrliyinədək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri və ya 190 hektar ərazi mina və PHS-lərdən tam təmizlənib.
Ərazi üzrə ANAMA tərəfindən
ümumilikdə 752 ədəd mina və
PHS aşkarlanaraq zərərsizləşdirilib.
Onlardan 396-sı piyada əleyhinə, 25-i tank əleyhinə
mina və 331-i isə
PHS-dir.
Layihə üzrə
Müdafiə Nazirliyi
tərəfindən minatəmizləmə
əməliyyatlarına bu
il iyunun
1-də başlanılıb və 558 hektar ərazi təmizlənib.
Azərbaycan.-
2021.-17 dekabr.- S.5.