BMT İlham Əliyevin daha bir qlobal
təşəbbüsünü dəstəklədi
Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin
“peyvənd millətçiliyi”nə qarşı mübarizəsini
təqdir edir
Dünya hələ də qlobal pandemiya bəlasından qurtulmayıb. Hətta bəzi
mütəxəssislərin proqnozları deməyə
əsas verir ki, bununla bağlı
qarşıdakı dövrdə
bəşəriyyət daha
ciddi problemlə üzləşə bilər.
Belə ki, dünya əhalisi vaksinasiya ilə COVID-ə qarşı
kütləvi immunitet
qazanmayana qədər
epidemioloji vəziyyət
gərgin olaraq qalacaq. Epidemioloji vəziyyətin belə
olması isə dünya əhalisinin normal
həyata dönməsinin
hələ də mümkün olmadığını
göstərir.
İlk töhfə
Ötən müddət ərzində
koronavirus pandemiyası
daha da artaraq
yoluxma sayını və arealını ağlasığmaz miqyasda
böyüdüb. Tibb elmi
də sübut edir ki, koronavirusun
daha geniş yayılmasının qarşısının
alınması, eləcə
də təsirinin azaldılması istiqamətində
aparılan mübarizədə
vaksinasiyanın mühüm
rolu var. Yalnız peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazana və COVID-19 bəlasından qurtula bilər.
Amma peyvəndlənmənin bərabər
şəkildə həyata
keçirilməməsi, “peyvənd
millətçiliyi” buna
imkan yaratmır. Bu da reallıqdır ki, dünyada bütün ölkələrin
koronavirusa qarşı
peyvəndə əlçatanlığı
bərabər səviyyədə
deyil. Azərbaycan Qoşulmama Hərəkatına
sədrlik edən ölkə kimi hər zaman bu hala qarşı
çıxıb və
bu məsələdə
ədalətin bərqərar
olunmasını tələb
edib. Hətta bu məqsədlə
80-ə yaxın ölkəyə
yardımlar da edib.
Azərbaycan Qoşulmama Hərəkatının
sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq
ictimaiyyətin səfərbər
edilməsi istiqamətində
qlobal liderliyini davam etdirir. 2021-ci il sentyabrın 24-də
BMT Baş Assambleyasının
76-cı sessiyasında çıxış
edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni, varlı
və kasıb ölkələr arasında
peyvəndlərə əlçatanlıqla
bağlı qeyri-bərabərliyi
bir daha tənqid etmişdi. Dövlətimizin başçısı bütün
ölkələr üçün
peyvəndlərdən istifadə
məqsədilə bərabər
imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama
Hərəkatı adından
BMT Baş Assambleyasında
qətnamənin irəli
sürüləcəyini elan
etmişdi.
Noyabrın 4-də Prezident
İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə “COVID-19-dan sonrakı
dünya” mövzusunda
növbəti Qlobal Bakı Forumunda da dövlətimizin başçısı bir
daha bu məsələyə
toxundu və peyvəndlənmə ilə
bağlı real həqiqətləri
açıqladı.
Prezident qeyd etdi ki, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının və
Qoşulmama Hərəkatının
hazırkı sədri
olaraq ötən il Azərbaycanın təşəbbüsü ilə
aprel və may aylarında hər iki təşkilatın
COVID-ə həsr olunmuş
xüsusi Zirvə görüşü keçirilib:
“Qoşulmama Hərəkatının
Sammitində biz BMT-nin
Baş Assambleyasının
COVID-ə həsr olunmuş
xüsusi sessiyasının
keçirilməsi təşəbbüsü
ilə çıxış
etdik və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti
tərəfindən dəstəklənmişdir
və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu. Bu, bizim
qlobal məsələlərin
müzakirəsinə olan
töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin
İnsan Hüquqları
Şurasında peyvəndlərlə
bərabər və
universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə
dair təşəbbüs
irəli sürdük.
Biz qlobal
səviyyədə “peyvənd
millətçiliyi” və
vaksinlərin ədalətsiz
bölgüsü haqqında
danışan ölkələrdənik. Bəzi ölkələr
artıq peyvəndin üçüncü dozasının
tətbiqini planlaşdırır.
Digər
ölkələrdə isə
vaksinasiyanın səviyyəsi
aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması
üçün bu məsələni müzakirə
etməliyik”.
Azərbaycanın təşəbbüsü
ilə məlumat bazası yaradılıb
Azərbaycanın təşəbbüsü ilə
COVID-19-un müalicəsi ilə
bağlı məlumat
bazası yaradılıb
və Ümumdünya
Səhiyyə Təşkilatı
Qoşulmama Hərəkatına
üzv ölkələrdə
həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində
ÜST-ə öz dəstəyini
düzgün planlaşdırmağa
və proqnozlaşdırmağa
kömək edir.
Qoşulmama Hərəkatının sədri
qismində Azərbaycan
80-dən artıq ölkəyə
yardım edib. Yəni təmənnasız
olaraq bir neçə ölkə peyvənd dozaları ilə təmin olunub. Eyni zamanda Azərbaycan
yoxsul ölkələrin
dəstəklənməsi üçün
Ümumdünya Səhiyyə
Təşkilatına könüllü
olaraq 10 milyon dollar həcmində maliyyə yardımı edib.
Noyabrın 28-də isə
Aşqabadda İqtisadi
Əməkdaşlıq Təşkilatının
XV Zirvə Toplantısı
zamanı Prezident İlham Əliyev bir daha bu
məsələyə toxunaraq
vurğulayıb ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər
edilməsi üçün
mühüm addımlar
atır: “Biz “peyvənd
millətçiliyi”nin qəti
şəkildə əleyhinə
olduğumuzu daim vurğulayırıq”.
Həmçinin Qoşulmama Hərəkatının
sədri qismində Azərbaycanın təşəbbüsü
ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr
üçün peyvəndlərdən
istifadə məqsədilə
bərabər imkanların
təmin olunmasına dair qətnamələr qəbul edilmişdi.
Dekabrın 16-da isə
Azərbaycan tərəfindən
Qoşulmama Hərəkatı
adından irəli sürülmüş COVID-19 əleyhinə
peyvəndlərə bütün
ölkələrin bərabər,
münasib, vaxtında
və universal əlçatanlığının
təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin
dəstəyi ilə qəbul olunub.
Bu qətnamənin
qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19
pandemiyasına, “peyvənd
millətçiliyi”nə qarşı
təşəbbüslərini bir daha dəstəklədiyini
nümayiş etdirdi.
Göründüyü kimi, Azərbaycan Qoşulmama Hərəkatının
sədri qismində
COVID-19 pandemiyasına qarşı
mübarizə naminə
beynəlxalq səylərin
səfərbər edilməsi
sahəsində qlobal liderliyini davam etdirir. Pandemiya
qarşısında dünya
ölkələrinin əksəriyyətinin
özünə qapandığı
dövrdə Azərbaycan
qlobal liderlik rolunu üzərinə götürərək bu bəlanın öhdəsindən
gəlmək üçün
beynəlxalq həmrəyliyi
və əməkdaşlığı
təbliğ edən
ilk ölkələrdəndir.
Qoşulmama Hərəkatına
sədrlik etdiyi dövrdə Azərbaycan Prezidentinin “peyvənd millətçiliyi”nə, varlı
və kasıb ölkələr arasında
vaksinasiyaya əlçatanlıqla
bağlı getdikcə
dərinləşən qeyri-bərabərliyə
qarşı mübarizəni
daim gündəlikdə
saxlaması, Azərbaycanın
indiyədək 80-ə yaxın
ölkəyə birbaşa
və ÜST xəttilə
maliyyə və humanitar yardım etməsi, bir sıra ölkələrə
təmənnasız olaraq
COVID-19 əleyhinə vaksinlər
göndərməsi beynəlxalq
ictimaiyyət tərəfindən
təqdir edilir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2021.-19 dekabr.- S.1; 3.