Gəncədə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib

 

Gəncənin dövlət qurumları Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırması istiqamətində operativ tədbirlər həyata keçirirlər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb. Görüş Nizami və Kəpəz rayon icra hakimiyyətləri başçılarının və bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilib.

Görüşdə iştirak edən şəhid ailələri və qazilərin, o cümlədən müharibə iştirakçılarının müraciətləri tək-tək dinlənilib. Müraciətlərdə maddi yardımın, müalicə üçün köməyin göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, işlə təminat və s. məsələlər qaldırılıb.

Müraciətlərin və problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanun çərçivəsində həlli edilməsi üçün tapşırıqlar verilib.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2021.-19 dekabr.- S.5.