Böyük şairin müdrik deyimləri

 

Fikrin, sözün aynasında

 

XII əsr Azərbaycan poeziyasının ən müqtədir sənətkarı olan Nizami Gəncəvinin mənəvi mədəniyyətimizin yüksəlişində misilsiz töhfələri olmuşdur. Söz kəsəri ilə bəşəriyyəti haqqa, ədalətə, düzgünlüyə, humanizmə, xəlqiliyə, demokratizmə səsləyən ulu şairin poetik dünyasında əbədiyaşarlıq nümunələri qazanmış hikmət və nəsihətləri, aforistik deyimləri də külli halında illər keçdikcə daha da aktuallaşır, milli və bəşəri dəyərlərə aydın işıq salır.

Böyük şair dünya miqyasında “Xəmsə” müəllifi kimi şöhrət tapsa da, onun şeir sultanı olmaq məramı lirikasının bütün janrlarında, o cümlədən qəzəllərində, qəsidələrində, rübailərində, qitələrində də güclü poetik təfəkkür məhsulları kimi mənalandırılmışdır.

Fikrin, sözün aynasında cilalanan dahi şairin bütün əsərlərində sadə, aydın lakonik söz yaradıcılığı geniş mündəricədə təsbit olunmuşdur.

Bütövlükdə Nizami Gəncəvi həyat ideallarında həmişəyaxşı insankonsepsiyasını arzu istəklərinin məhvərinə gətirmiş, sağlam tərbiyə yolunda fədakarlıq fütühatı göstərmişdir.

Bu gün gənc nəslin hərtərəfli maariflənməsi yolunda dahi söz ustadının digər janrlardakı yaradıcılıq külliyyatında yer almış aforistik deyimləri müasir təlim-tərbiyə prosesinin zənginləşməsi üçün əvəzsiz, qiymətli səltənət olaraq klassik irsimizin söz yadigarları kimi mənəvi-poetik fikrin sönməz təşnəsi kimi dəyərləndirilməlidir.

Biz isə Nizami Gəncəvi poeziyasının estetik meyarı olan insanın zövqünü, məsləyini, əqidəliliyini, cəfakeşliyini formalaşdıran aforistik deyimlərindəki fəzil keyfiyyətlərə nəzər salıb bu qaynaqlar üzərində fikir mülahizələrimizi oxucularla bölüşmək istədik.

İlkin olaraq onu qeyd edək ki, şairin xalq pedaqogikasına, dərin elmi fikrə, fantastik mütaliə qabiliyyətinə malik olduğunu sübut edən belə aqilanə deyimləri onun qədər böyük ağıl-kamal sahibi olmasına dəlalət edir. O, insanlığa xidmət edən nəsihət xarakterli deyimlərində, müdrik kəlamlarında bu fikri “İsgəndərnamə” əsərində belə poetikləşdirmişdir:

 

Həmişə dünyada yaxşılıq axtar,

Yaxşı ad almaqda əbədiyyət var!

Yaxşı adlananla yaxşı ol müdam,

Yoxsa sən özünolarsan bədnam.

 

Şair düşüncəsinin poetik məhsula olan aforistik deyimləri onun bütün qələm məhsullarının şah damarıdır. O, nəsihətamiz fikir və düşüncələrini bədii-estetik, əxlaqi-mənəvi dəyərlər fokusunda, dərin mənəviyyat zənginliyi ilə öz yaradıcılığının leytmotivinə çevirmişdir. İnsan övladına məna dolu həyat motivasiyası bəxş edən şairin aforistik deyimlərində şəxsiyyət konsepsiyası bu cəhətdən bütün zaman kəsikləri üçün aktual problematik məsələdir. Ağıl tərbiyəsi istiqamətində müasir gənc nəslin formalaşması prosesində belə müdrik kəlamların təsir gücündən hər bir müəllim yeri gəldikcə, stimullaşdırıcı məqam kimi istifadə edə bilər.

XX əsrin son qərinəsinin böyük tərcüman şairi Xəlil Rza Ulutürk mücadilə və istiqlal yolunda söz məlhəminin vasitəsilə döyüşkənliyin nə qədər cahanşümal bir qüvvət olduğunu Nizami Gəncəvi yaradıcılığında qəvvas dəqiqiliyi ilə bədii-poetik araşdırmalarının məhvərinə gətirərək yazır: “... Sirlər xəzinəsi”ni tərcümə edib başa çatdırdıqdan sonra mənə bəlli oldu ki, Nizami üçün başlıca məsələ insan uğrunda mübarizədir. İnsan uğrunda mübarizə onun, demək olar ki, bütün əsərlərindən yağışdan sonrakı səmada görünən göy qurşağı kimi keçib gedir. Nizaminin fikrincə, insan dünyanın əşrəfidir. Başqa reallıqlardan fərqli olaraq, təbiət ona zəka bəxş etmişdir. Buna görə o, bəxtiyardır və bütün xilqətlərin həyatına cavabdehdir”.

Nizami Gəncəvinin yoldaşlıq, kiminlə oturub-durmaq haqqında olan nəsihətləri bu günöz dəyərliliyini saxlayaraq hər bir valideyn və müəllim üçün böyük məktəbdir. Uşaq şəxsiyyətini formalaşdırmaq, onu kamillik zirvəsinə çatdırmaq, əxlaqa, mənəviyyata yabançı olan hallara qarşı barışmazlıq ruhunda təlimləndirməyin əsl leytmotividir. Şair həmin fikir və hissləri aforistik nümunələr zəminində dərk etməyin düsturnamələrini nəzərə çəkərək gənc nəslin bu yolda mətinləşməsinə rəvac verən kamillik dərəcələrini müəyyənləşdirir. Sadə el dilində səslənən ibarələrdən nəcibləşdirici keyfiyyət kimi istifadə edir:

 

El yolunda günə dön, aya dön, ulduza dön,

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxşılığın hər yanda qapı açar üzünə.

Hər əməlin üstündən sanma keçəndi dövran,

Hər yaxşını, yamanı yaxşı seçəndir dövran.

Ülviyyətə qulluq et, günah dalınca varma,

Günahkar insan kimi boyun büküb yalvarma.

 

Nizami Gəncəvi elm bilik əldə etmək, təcrübə toplamaq, qarşıya çıxan çətinlik maneələri aradan qaldırmaq prosesində gənc nəslə örnək olan aforistik deyimlərində bir daha onların püxtələşməsində tərbiyə təlimin həlledici əhəmiyyətə malik çalarlarını bədii sözün qüdrəti ilə elmi fakt nümunələrlə əsaslandıran beytlər söyləyir. İnsan konsepsiyasına ağıl zəkanın sirayətediciliyi prizmasından nəzər-diqqət yetirir.

Böyük şairin poeziyasının şah damarı kimi təqdir olunan aforistik deyimləri daha çoxLeyli Məcnunəsərində öz bədii-estetik həllini tapmışdır. Atasının Məcnuna nəsihətiadlı müraciət təriqli nəsihətnamələrin el-oba arasında bu gün məşhur poetikada qəbul olunduğunu qeyd etmək yerinə düşər. Müdrik deyimlər işığında qələmə alınmış bu ibrətli kəlamlar bütün zamanlarda ailə tərbiyəsinin aparıcı istiqaməti olub, hər bir xalqın milli bəşəri dəyərlər sistemində valideyn-övlad münasibətləri üçün mənəvi kompasdır.

 

Çox gözəl olsa da eybi gizlətmək,

Dost-dostun eybini örtməsin gərək.

Qaranlıq gecədən səhər doğar,

Hər umudsuz işdə bir çox umud var.

Oğul, səadətin qapısını ,

Ayağı sürüşkən taleyindən qal,

Çalış, əllərindən çıxmasın dövlət,

Dövlətlə yaranır bütün səadət.

 

Nizami Gəncəvinin haqq ədalət yolunda tökülən qan-qadanın bühudə yerə axmadığını, hərb sülh dünyasının toqquşan məqamlarının ağıl idrak müstəvisində həll olunmasına aid aforistik deyimlərində insanlığın gələcək uğurlu arzuları təsbit olunmuşdur.

Onun kəlamlarındaVətənə sevgi, düşmənə nifrəttərbiyəsi indi aktual problem olaraq gənc nəslin ideya-mənəvi inkişafında qüdrətli, təsiredici gücə malik vətənpərvərlik çağırışları kimi öz qədir-qiymətini saxlayır, insanları sülhə, əmin-amanlığa səfərbər edir.

Nizami Gəncəvinin ömür yolunun, yaradıcı dünyasının işığı bütün zümrədən olan insanlar üçün ideya, məslək fütuhatı aşılayan qiymətli fikirlər səltənətidir. Şairin ölməz ideallarında sülh məramı, şəxsiyyət azadlığı, insan humanizmi, bəşər sevgisi ana xətt olaraq bütün Yer üzünün insanlarını fitnə-fəsaddan uzaq olmağa, demokratik düşüncəyə sahib çıxmağa, insan zəkasını elmə, tərəqqiyə həsr etməyə dair çoxsaylı fikir mülahizələrindən faydalanmaq nəcib şərəfli bir işdir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin dosenti,

pedaqogika üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2021.-19 dekabr.- S.6.